“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Kennedi ABŞ-də 11 sentyabr aktının terror olduğundan şübhələndi: “Orada kəşfiyyat ofisləri var idi”

Tarix 27.09.23, 23:14

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ-də demokratlardan prezidentliyə namizəd, kiçik Robert Kennedi 2001-ci il sentyabrın 11-də Dünya Ticarət Mərkəzində baş verən hadisənin terror aktı olduğu ilə bağlı şübhələrini dilə gətirib.

O, bu barədə “The Guardian” nəşrinə verdiyi müsahibəsində danışıb.  

Kennedi ticarət mərkəzinin 7-ci binası ilə bağlı ortaya çıxan konspiroloji nəzəriyyə versiyasını xatırladıb. Onun sözlərinə görə, bu yaxınlarda məlum olub ki, orada bəzi ABŞ kəşfiyyat orqanlarının ofisləri olub.

Bununla belə, o, belə bir versiyanı açıq şəkildə dəstəkləmədiyini, lakin eyni zamanda hökumətin terror aktı ilə bağlı 2 illik araşdırması ilə də tam razı olmadığını deyib.

“Sentyabrın 11-də nə baş verdiyini bilmirəm. Qəribə hadisələrin baş verdiyini bilirəm. Təyyarənin dəymədiyi binalardan biri uçub”, - deyə o, fikrini yekunlaşdırıb.
Xatırladaq ki, 2001-ci il sentyabrın 11-də ABŞ-də silsilə terror aktları törədilib. Həmin faciədən artıq 22 il ötür.

Həmin gün səhər saatlarında “Boeing 767” tipli iki təyyarə Ümumdünya Ticarət Mərkəzinin 110 mərtəbəli qoşa binalarına, “Boeing 757” tipli üçüncü təyyarə Vaşinqtonda yerləşən ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) binasına çırpılıb.




Xəbərin oxunma sayı : 1663




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap