Röyanın makiyajsız halı - VİDEO “Kimə salam verirsən yataq təklif edir” - Aysel Manaflı “Məndən sonra hamı getdi ...“ - Pərvin Nigar Camal bikinili görüntülərini yaydı - VİDEO
Axtar
 
  • / Maqazin / — 29 Avqust 2023

    Röyanın makiyajsız halı - VİDEO

  • / Maqazin / — 22 Avqust 2023

    “Kimə salam verirsən yataq təklif edir” - Aysel Manaflı

  • / Maqazin / — 21 Avqust 2023

    “Məndən sonra hamı getdi ...“ - Pərvin

  • / Maqazin / — 13 Avqust 2023

    Nigar Camal bikinili görüntülərini yaydı - VİDEO

  • / Maqazin / — 04 Avqust 2023

    Nigar Camal hovuz görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 26 İyul 2023

    “Müğənnilikdən yox, biznesdən qazanıram“ - Natavan

Hacıbala Abutalıbov və İlqar Abbasov bir rayonu zəbt edib - Deputatdan ittiham

Tarix 07.04.23, 15:40

Font ölçüsü : - / +
bitmap-img6


“Bələdiyyələrlə bağlı çox mühüm Fərman və sərəncamlar var. Ancaq icra olunurmu? 15 yanvar 2001- ci ildə "Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında" Qanunun tətbiq edilməsi barədə Prezidentin Fərmanı var. Hələ indiyə kimi əmlak bələdiyyələrə verilməyib. Bakı bələdiyyələrinə torpaqların xəritəsi belə verilməyib”.

AzFakt.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Etibar Əliyev “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunda dəyişikliklərin müzakirəsi zamanı bildirib.

Millət vəkili əlavə edib ki, bələdiyyələr sənədsiz evlərdən vergi yığa bilmir: “Seçildiyim Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində 6000-dən çox sənədsiz ev var. Mədən vergisi bələdiyyələrdən alınaraq Dövlət Vergi Xidmətinə verilib. Bələdiyyələrə əmlak və torpaq vergisi qalıb. Torpağın 1 sotuna tutulan vergi 60 qəpikdir. Bu vəsaitlə yerli idarəetmə qurumunu necə saxlamaq olar?”

Açıklama yok.

Etibar Əliyev daha sonra vurğulayıb ki, təmsil etdiyi Suraxanı rayonuda 20 ilə yaxın müddətdə dərəbəylik hökm sürüb:“Mən açıq danışacağam. Biz çox vaxt ictimai maraqları şəxsi maraqlara qurban veririk. Adını çəkdiyim bu rayonda 5 il icra başçısı işləmiş Hacıbala Abutalıbov və ondan sonra 14 il bu rayona rəhbərlik etmiş İlqar Abbasov nə qədər torpaq varsa, hamısını ya satıb, ya da zəbt ediblər. Onlara qoşulanlardan 30 il Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin sədri Mayis Məmmədov və Hacıbala Abutalıbovun qardaşının kürəkəninin adlarını çəkmək olar. Bir rayonu 4 nəfər işğal edib. Təsəvvür edin, 222000 əhalisi olan rayonda bir peşə məktəbi yoxdur, lakin onlarla pab-restoranlar, qəlyanxanalar, diskoteka klubları var. Peşə təhsilinə təlabatı hamı bilir. Ancaq bu adamların əlindən gələcəkdə peşə təhsili məktəbinin tutumuna uyğun torpaq sahəsi tapmaq mümkün olmayacaq. Qaraçuxur və Yeni Günəşlini Hacıbala Abutalıbov, İlqar Abbasov, Mayis Məmmədov və Abutalıbovun yaxın qohumu hasara alıblar. Milyonlarla manata evtikənlərə satırlar. Bu, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə səlahiyyətlərini aşma halıdır, həmin torpaqların necə zəbt olunması araşdırılmalıdır. Məncə, belə hallar başqa rayonlar üçün də xarakterikdir. Belə olan halda hansı bələdiyyə torpaqlarından danışmaq olar”.

Açıklama yok.

Deputat vurğulayıb ki, əvvəldən belə adamların əlindən bələdiyələr zəlil günə qalıb. Onun sözlərinə görə, bu şəxslərin əməllərindən ölkəyə böyük zərbələr dəyir.

“Birini deyim: Məsələn, Avropa Birliyinin ekspertləri Avropa Şurasına üzv ölkələr də daxil olmaqla qitə üzrə bələdiyyələrin inkişafına dair indeks hazırlayıb. Reytinqdə tək Azərbaycanın adı daxil edilməyib. Aydındır, reallıqda mövcud olmayan bir institutu inkişaf edən sistemlərin içərisinə niyə əlavə etsinlər? Bunun izahını kimdən soruşaq?” - deyə, millət vəkili sual edib.



Xəbərin oxunma sayı : 1429

loading...

Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap