Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO
Axtar
 
  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

  • / Maqazin / — 05 May 2025

    Aygün Kazımova sinə dekolteli geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 03 May 2025

    Xatirənin sinə dekolteli və uzun yarıqlı geyimi - FOTOLAR

Gündən günə cənnətməkana çevrilən Həzrəti Cərcis Peyğəmbər Ziyarətgahı

Tarix 10.02.16, 2:15

Font ölçüsü : - / +
bitmap-img6


Beyləqan rayon sakini Anar Zeynalov AzFakt.com saytının  elektron ünvanına məktub göndərərək son günlər  bəzi "media orqanlarında" Həzrəti Cərcis Peyğəmbər ziyarətgahının rəhbərliyi  haqqında yazılan şər, böhtan xaratkterli yazılara cavab yazıb. Rayon sakini göndərdiyi kiçik yazıda Həzrəti Cərcis Ziyarətgahı rəhbərliyinin həyata keçirtdiyi işlərin çox cuzi hissəsini qeyd etdiyini bildirir.

Həmin məktubu olduğu kimi oxucularımıza təqdim edirik.

Son illər Beyləqan rayonunda yerləşən Həzrəti Cərcis Ziyarətgahında yaradılmış hədsiz səliqə-səhman, işçilər arasında  yüksək nizam-intizam daim bu ziyarətgahı ziyarət edən aborigen rayon sakini kimi məni çox məmnun edir.Ziyarətgahın mütəvəllisi, yüksək ali ruhani təhsili almış, rayonun  sayılıb-seçilən seyidlərindən olan Mirsəccad Ağanın  fəaliyyətinin qüsursuzluğu, nöqsansızlığı heç də təsadüfi deyil! Həmyaşıdım olan, uşaqlıq illərindən çox yaxşı tanıdığım Mirsəccad Ağanın yüksək insani keyfiyyətlərə malik olduğundan, səliqə-səhmanlı, uşaqlığından əsl ağsaqqal kimi  hərəkət etdiyinin şahidiyəm.

Hələ uşaqlıq illərində Mirsəccad Ağanın özündən  xeyli böyüklərin yanında  sözünün bir ağsaqqal sözü kimi keçərliliyinin, o zamandan bir-birinə qarşı barışmaz mövqedə olan qan düşmənlərinin Mirsəccad Ağanın  tövsiyyəsi ilə ədavətə son qoymalarının şahidiyəm, buna görə günü-gündən Mirsəccad Ağaya olan hörmətim yüksələn xətt üzrə inkişaf etmişdir.

Hal-hazırda Həzrəti Cərcis Peyğəmbər Ziyarətgahının  mütəvəllisi vəzifəsinin  Mirsəccad Ağaya tapşırılmasından, 5 ildən artıq  bir müddətə   Mirsəccad Ağanın buraya layiqli rəhbərlik etməsindən, ümumiyyətlə bütün kriteriyaları ilə bu vəzifəyə, hətta bundan artığına layiq olan seyidimizlə  bütün rayon ictimaiyyəti kimi mən də, ictimai aktiv şəxs olan Anar Ədalət oğlu Zeynalov da  fəxr edirəm, müqəddəs Ziyarətgahımızın Peyğəmbərlərimizin ümmətindən olan seyidimizin, Mirsəccad Ağanın  rəhbərliyində olmasından mən də məmnunam.
Həzrəti Cərcis Peyğəmbər Ziyarətgahında bu gün hər tərəfin gül-çiçəklə bəzənməsinin,  burada geniş abadlıq işlərinin aparılmasının, ümumiyyətlə buradakı yüksək səviyyəli səliqə-səhmanın memarı, seyidimiz Mirsəccad Ağaya  rayon sakini olaraq özüm, yaxınlarım, ailə üzvlərim adından dərin təşəkkürümü, minnətdarlığımı bildirirəm






Xəbərin oxunma sayı : 64




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap