![]() |
|














Azərbaycanda blogerlər bu qaydalara riayət etməlidir - Agentlik detalları açıqladı
Tarix 26.05.25, 16:07 |
|

Bir neçə gün əvvəl Prezident İlham Əliyevin imzaladığı sərəncamla "Reklam haqqında" qanuna edilən dəyişikliklər qüvvəyə minib. Dəyişikliklə influenserlər (blogerlər) də artıq qanunun təsir dairəsinə düşəcəklər. Qanunda onlar rəqəmsal platforma təsirçisi adlanır.
AzFakt.com xəbər verir ki, Modern.az yeni qanunla bağlı təfərrüatları öyrənmək üçün Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ilə əlaqə saxlayıb.
Qurumdan sorğumuza cavab olaraq bildirilib ki, "Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda bir sıra dəyişikliklər edilib. Dəyişikliyə əsasən, istehsalının (satışının) lisenziyalaşdırılması, sertifikatlaşdırılması üçün məcburi tələb olan əmtəələr yalnız müvafiq təsdiqləyici sənədlər olduqda reklam edilə bilər. Bu halda reklamda lisenziyanın və ya sertifikatın nömrəsi, verilmə tarixi və onu verən orqanın adı göstərilməlidir. Reklam daşıyıcısının xüsusiyyətlərinə görə bu məlumatların göstərilməsi mümkün olmadıqda, müvafiq lisenziyanın və ya sertifikatın olması barədə məlumat verilməli və reklam istehlakçısının müvafiq məlumatla tanış olması üçün şərait yaradılmalıdır.
Reklam daşıyıcısının xüsusiyyətlərindən asılı olaraq reklam olunan əmtəə barədə ətraflı məlumatın verilməsi məqsədilə reklamda müvafiq keçidlərdən, eləcə də qısa nömrələrdən istifadə oluna bilər. Bu halda reklam olunan əmtəə barədə müvafiq keçidlərdən istifadə etməklə verilən məlumat reklamda istifadə olunan məlumata zidd olmamalı, onun tamlığına xələl gətirməməlidir.
Reklamda əmtəə barədə verilən məlumatlar reklam istehlakçısı tərəfindən açıq və başa düşülən formada ifadə edilməlidir.
Rəqəmsal platforma təsirçisi kimdir?
Yeni dəyişikliyə əsasən qanuna "rəqəmsal platforma” və "rəqəmsal platforma təsirçisi” kimi yeni terminlər əlavə edilib. Rəqəmsal platforma dedikdə reklamın yayımlanması üçün istifadə olunan internet informasiya ehtiyatı (dövlət informasiya ehtiyatları istisna olmaqla), informasiya telekommunikasiya şəbəkəsi və ya onların mobil tətbiqləri nəzərdə tutulur. Rəqəmsal platforma təsirçisi isə maddi qazanc qarşılığında öz nüfuzundan istifadə etməklə rəqəmsal platformalarda reklam fəaliyyətini həyata keçirən fiziki va ya hüquqi şəxsdir.
Blogerlər hansı qaydalara riayət etməlidir?
Rəqəmsal platforma təsirçisi tərəfindən həyata keçirilən reklam yayımı "reklam”, "reklam hüququ əsasında”, "sponsorluq” və ya "tərəfdaşlıq” qeydi ilə müşayiət olunmalıdır.
Rəqəmsal platforma təsirçisi tərəfindən reklamı həyata keçirilən əmtəənin təqdim edilməsi zamanı reklam materiallarını audio və ya vizual olaraq dəyişən tətbiqlərdən istifadə edildikdə bu barədə reklam istehlakçısı məlumatlandırılmalıdır.
Həmçinin rəqəmsal platforma təsirçisi tərəfindən həyata keçirilən reklam fəaliyyəti zamanı reklamverici barədə aşağıdakı məlumatlar verilməlidir:
hüquqi şəxsin adı, faktiki ünvanı və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi;
sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin soyadı, adı, atasının adı, fəaliyyət ünvanı və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi;
əlaqə məlumatları (telefon və elektron poçt ünvanı).
Dəyişikliyə əsasən, rəqəmsal platforma təsirçisi tərəfindən həyata keçirilən reklam fəaliyyəti zamanı özünün istehlak etmədiyi əmtəəni istehlak etməsi barədə yanlış təsəvvür yaratmaq, reklam daşıyıcısı olan rəqəmsal platforma vasitəsilə reklam olunan əmtəə barədə məlumat vermək üçün saxta hesablar yaratmaq qadağan edilir.
"Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən reklam subyektlərinin maraqlarını və bu Qanunun tələblərinin yerinə yetirilməsini təmin etmək, o cümlədən bu Qanunun tələblərinə cavab verməyən reklamın yayımını dayandırmaq, reklam fəaliyyətinin subyektlərinə bu Qanunun tələbləri ilə bağlı icrası məcburi olan göstərişlər vermək məqsədilə reklam fəaliyyətinə nəzarət həyata keçirilir. Həmin Qanuna əsasən, Azərbaycan Respublikasında reklam (açıq məkanda reklam istisna olmaqla) fəaliyyətinə dövlət nəzarəti Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilir.
Sözügedən sahədə dövlət nəzarəti müntəzəm olaraq aparılan monitorinqlər, habelə fiziki və hüquqi şəxslər tərəfindən daxil olmuş müraciətlər əsasında yerinə yetirilir. Aparılmış monitorinqlər zamanı reklam subyektləri tərəfindən, xüsusilə də internet informasiya ehtiyatlarında (sosial şəbəkələr daxil olmaqla) yayımlanan reklamlarda qanunvericiliyin tələblərinə tam əməl edilməməsi halları aşkar edilir. Aşkar edilmiş pozuntu əlamətlərinin araşdırılması zamanı reklam subyektləri tərəfindən pozuntu əlamətlərinə daha çox internet informasiya ehtiyatlarında (sosial şəbəkələr daxil olmaqla) yayımlanan reklamlarda yol verildiyi müəyyən edilir. Belə ki, internet şəbəkəsi və texnologiyanın inkişafı səbəbindən yeni reklam daşıyıcılarının meydana gəlməsi və belə daşıyıcıların yeni imkanlarla (yəni reklam banerlərində, sosial şəbəkə paylaşımlarında internet saytlarına keçidlər və s.) təchiz edilməsinə baxmayaraq, "Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda sözügedən məsələləri tənzim edən xüsusi normaların olmaması bir çox hallarda reklam subyektlərində çaşqınlıq yaranmasına səbəb olur və bu sahədə dövlət nəzarətinin aparılmasına çətinlik yaradırdı. Bu kimi halların aradan qaldırılması məqsədilə qanunda dəyişiklik edilmişdir.
"Əlavə olaraq bildiririk ki, reklam - istehlakçının diqqətini reklam obyektinə müxtəlif vasitə və üsullardan istifadə olunmaqla istənilən formada cəlb etmək, marağını formalaşdırmaq və saxlamaq, əmtəəni bazarda tanıtmaq və satışını stimullaşdırmaq məqsədi ilə yayımlanan məlumatdır. Odur ki, rəqəmsal platforma təsirçiləri tərəfindən hər hansı bir əmtəəyə marağın formalaşdırılması, onun satışına stimul yaradılması reklam hesab edilir. Qanunvericiliyə əsasən, bəzi reklam üsulları qadağan edilib. Belə reklam üsullarına haqsız reklam, qeyri-dəqiq reklam və gizli reklam daxildir. Qadağan olunmuş digər reklam üsullarından biri də gizli reklamdır. "Gizli reklam” deyərkən reklam istehlakçısının şüuruna təsir göstərməklə, diqqətini reklam obyektinə cəlb etmək üçün reklam daşıyıcılarında reklam qismində təqdim edilmədən, "reklam” yaxud "reklam hüququ əsasında” qeydi olmadan verilən məlumat başa düşülür.
Mövcud qanunvericiliyə əsasən reklamı qadağan olunmuş məhsulların, texnikanın, xidmətlərin reklamına, habelə reklam yayımının qanunla müəyyənləşdirilmiş qayda və tələblərinə əməl edilməməsinə görə müvafiq məsuliyyət tədbirləri nəzərdə tutulub", - qurumdan verilən açıqlamada deyilir.
Xəbərin oxunma sayı : 652
Sosial
Xəbərlər
-
“ƏDV geri al“ kuryerə “stop“ dedi: Aylıq qazanc vurulan məbləği niyə məhdudlaşdırır?
-
“Pakistan düşmənə qalib gəlməyə müvəffəq oldu“ - Şahbaz Şərif
-
Araz Musayev vurulmazdan öncə bu vəzifəli şəxsi ittiham edib - “Üstümə adamlar yollayıb“
-
Ərdoğan Laçında Səməd Vurğunun Azərbaycan“ şeirini oxudu - VİDEO
-
“Tramp Rusiya-Ukrayna münaqişəsi barədə kifayət qədər məlumatlandırılmır“ - Kreml
-
Federasiya prezidenti Araz Musayev Türkiyədə güllələndi - VİDEO
-
“Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması böyük tarixi hadisə idi“ - Prezident
-
“Rusiya ilə Ukrayna arasında danışıqların yeni raundu tezliklə elan olunacaq” - Lavrov
-
“Ankara, Bakı və İslamabad arasında həmrəylik seçim məsələsi deyil“ - Ərdoğan
-
Laçında Müstəqillik Günü qeyd olunur - Liderlərin iştirakı ilə
-
Minifutbol üzrə dünya çempionat: 1/8 final mərhələsinə yekun vurulacaq
-
“Azərbaycan, Türkiyə və Pakistan hər zaman suverenlik və ədalətin tərəfində olublar“ - İlham Əliyev
-
Sahil Babayev Elvin Hacıyevə yüksək vəzifə verdi - FOTO
-
“Pakistanın bəxti gətirib ki, Türkiyə və Azərbaycan kimi səmimi qardaşları var“ - Şahbaz Şərif
-
Laçında Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Zirvə görüşü keçirildi - FOTOLAR
-
Avropa İttifaqı su böhranı ilə üz-üzə: 2030-a qədər istehlak 10% azaldılacaq
-
“Putin Qərbdən yazılı təminat istəyir” - “Reuters”
-
Mourinyo “Fənərbağça“dan gedir? - özü açıqladı
-
Azərbaycan və Türkiyə prezidentləri təkbətək görüşüb - Laçında
-
“Füzulidən sonra Laçında hava limanının açılması böyük addımdır“ - Ərdoğan
-
Hikmət Hacıyev rəsmi X hesabında Laçından görüntülər paylaşdı - VİDEO
-
Prezidentlər Kəlbəcər-Laçın avtomobil yolunda - FOTOLAR
-
Bakıda 30 dərəcə isti olacaq - Sabahın havası
-
Canlı oxuya bilməyən müğənniyə 70-80 min manatı kim verib? - VİDEO
-
“Avrasiya qitəsini sülh və sabitlik məkanına çevirmək vacibdir“ - Putin
-
Beyləqanda asfaltlanma işləri davam etdirilir - Fotolar
-
Kanada “Qızıl günbəz”ə görə ABŞ-nin 51-ci ştatı ola bilər - TRAMP
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir - CANLI YAYIM
-
Türkiyə Prezidenti Laçında belə qarşılandı - FOTO/VİDEO
-
Xəzər dənizində suitilərin kütləvi ölümünə səbəb nədir? - VİDEO
-
Azərbaycanda yeni meyvə və tərəvəzlər yetişdirilir: Bu fermerlərə 15 min ayrılacaq
-
Sabah bu ərazilərdə qaz olmayacaq - XƏBƏRDARLIQ
-
Putin sülhdə maraqlı deyil, uzunmüddətli müharibəyə hazırlaşmaq lazımdır - Fridrix Merts
-
Mehriban Əliyeva Müstəqillik Günü münasibətilə paylaşım etdi - FOTO
-
Bakıda bu evlərin sahiblərinə kompensasiya ödənildi - VİDEO
-
Sosial şəbəkələrdə 500-700 manata təklif edilən donorluğun bu növü qanunidir? - VİDEO
-
Prezidentdən Müstəqillik Günü ilə bağlı paylaşım - FOTO
-
Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur
-
Dünyanın ən yüksək maaş alan məşqçiləri açıqlandı - Siyahı
-
“Laçında İlham Əliyevlə görüşməkdən şərəf duydum” - Şahbaz Şərif
-
“Avropanın Ukraynaya silah məhdudiyyətlərini aradan qaldırması eskalasiyadır“ - Kreml
-
Sertifikasiya ilə bağlı dəyişiklik olacaq - Nazirlik rəsmisi açıqladı
-
Deputatlar bu tarixdə toplanır: 10 məsələ müzakirə olunacaq
-
Prezident Şahbaz Şəriflə Laçında nahar masasında - FOTOLAR+VİDEO
-
Sabiq icra başçısının müsadirə olunmuş əmlakı ilə bağlı qərar - Təmin edilmədi
-
“Dövlət sifarişi ilə həyata keçirilən işlərin maya dəyəri əsassız surətdə şişirdilir“ - Palata
-
Müsabiqədə yüksək nəticə qazanmaq üçün 8000 manat verdi - Dələduzluqla üzləşdi
-
FHN-dən ticarət müəssisələrinin rəhbərlərinə çağırış - VİDEO
-
Prezident Laçın şəhərində uşaqlarla bir arada - FOTOLAR
-
“Müharibə gözləniləndən çox sürəcək” - Merts Rusiyanı ittiham etdi
-
Xala oğlu, yeznə və... - DSMF-dəki təyinatlarla bağlı şok iddia yayıldı, qurum isə...
-
İvanişviliyə 800 milyon dollar ödəməlidir - Azərbaycanla sərhəddə saxlanıldı
-
Prezident Bəylik kəndinə köçən sakinlərlə görüşdü - FOTOLAR
-
Azərbaycanda bir günə rekord evlilik - 25.05.2025
-
Dollar neçəyə olacaq? - İki günlük məzənnə açıqlandı
-
Prezident “Laçın” İstirahət Kompleksinin açılışında - FOTOLAR
-
Azərbaycana benzin idxalı artıb - Nazir səbəbini açıqladı
-
Laçın kanat yolunun təməli qoyuldu - FOTOLAR
-
Sahib Məmmədovun özünəməxsus kadr oyunları... - AHİK-də nələr baş verir?
-
Azərbaycanda iki məşhur milyonluq şirkət birləşir - Təfərrüat
-
Prezident Bəylik kəndinin açılışında - FOTOLAR
-
Şahbaz Şərif Laçında belə qarşılandı - FOTOLAR
-
Elgünün ölümündən 15 gün keçdi - Sirr pərdəsi açılacaqmı?
-
Vladimir Putin Prezident İlham Əliyevi təbrik edib - Müstəqillik Günü münasibətilə
-
“Tikinti şirkəti paraatlet Elmir Cəbrayılovu aldadıb“ - Baş Prokurorluq
-
Prezident İlham Əliyev Laçına getdi - Fotolar
-
Ötən il nə qədər gəlir və xərcimiz olub? - Büdcə
-
Sabah daha bir tarixi açılış olacaq - Onlar da gəlir
-
“Azər-Türk Bank” dörd ildir ki, büdcəyə dividend ödəməkdən yayınır - Nə baş verir?
-
Unikal məzmunun yalnız 25%-i tərcümə materialı ola bilər - Müsabiqədə yeni tələb
-
Bu restoranlarla bağlı tədbir görüləcək - Xəbərdarlıq edildi
-
“Netanyahu və Tramp arasında gərginlik yaşanıb“ - KİV
-
“Ülviyyə İlyasova, sən qanundan üstünsən“ - Qənirə Ataşova
-
Rayonlarda leysan olacaq, dolu düşəcək - Xəbərdarlıq
-
Trampla 1,7 milyonluq şam yeməyi... - Qonaqlar məyus oldu
-
Pirşağı çimərliyində suiti cəsədləri aşkarlandı - Fotolar
-
Ucarda 21 ton yük daşıyan avtomobil yandı - VİDEO
-
“Rusiyada kartof və bir sıra digər tərəvəz qıtlığı var” - Putin
-
Nazirlik əməkdaşı həmkəndlisini ölümcül döydü, həbs edildi
-
“İran nüvə proqramı ilə bağlı güzəştə hazırdır“ - Baqai
-
Qəbələyə çəkilən yeni yoldan - FOTOLAR
-
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir - WSJ
-
Ağdamın Kəngərli kəndinə növbəti köç karvanı yola salındı - FOTOLAR
-
Müstəqil, qalib Azərbaycan hər kəsin qürur mənbəyidir
-
Xalqın milli-vətənpərvərlik ruhunun alovlanmasına təkan verən gün
-
İnstaqramda kimlər nələr paylaşdı? - FOTOLAR
-
“Qızıl buts“ mükafatının qalibi bilindi - Salah 3-cü oldu
-
Bakıda uşaqlar binanın damında velosiped sürür - VİDEO
-
Makron arvadının ona şillə vurmasından danışdı - VİDEO
-
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 107 ili tamam olur
-
Rusiya səfiri Finlandiya XİN-ə çağırıldı - Hava məkanın pozulmasına görə
-
Evlərə bu üsulla daxil olub dələduzluq edən şəxs saxlanıldı - VİDEO
-
“Bizi uşaqlara göstərib deyirdilər ki, düşmənlərinizdir” - Məhkəmə
-
Müdir müavini Pərvin Ağasiyev “Hunday” ilə piyadanı vurdu - Video
-
“Türkiyə Azərbaycanın əldə etdiyi nailiyyətlərdən qürur duyur“ - Ərdoğan
-
Bakının bu rayonda su kəsiləcək - XƏBƏRDARLIQ
-
Dünya çempionatı: Qazaxıstan ABŞ millisini məğlub etdi
-
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 107 ili tamam olur
-
İran İsrailə xəbərdarlıq edib - Cavab verməyə hazırıq
-
Nərimanovda obyektdə yanğın - VİDEO
-
Bu lisey və gimnaziyalara qəbul başlayır - SİYAHI
-
Ərdoğan İlham Əliyevi təbrik etdi - Müstəqillik Günü münasibətilə
-
Yol polisini təhdid edən sürücü həbs olundu - Anbaan video
-
Paytaxtın bu ərazisində qaz olmayacaq - Xəbərdarlıq
-
Gəlin qayının qızıllarını oğurlayaraq, atasına satdırdı - Məhkəmə
-
Əsgərin ölməsi faktı üzrə cinayət işi başlandı - RƏSMİ
-
Nazirlərin qəbul günləri bəlli oldu - SİYAHI
-
Ölkədə nə qədər seçici var? - Məzahir Pənahovdan açıqlama
-
Şəkidə sahibkarın fermada gizlətdiyi pullar oğurlandı - Şəriki və işçisi saxlanıldı
-
İcra başçısı ilə həbs edilən məmur necə azadlığa çıxıb? - 8 ilin 4 ilini yatmadı...
-
Elgizin bu sözlərinə görə “ARB”yə xəbərdarlıq olundu - VİDEO
-
Azərbaycanın iki rəsmi qəzeti birləşir - Biri fəaliyyətini tam dayandırır
-
“Forex investisiyası“ qalmqalı: bir qrup şəxsi kim aldadıb?
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Kişi keçmiş sevgilisinin videolarını xəstəxana kollektivinə göndərdi - HƏBS EDİLDİ
-
“Nar”ın əsas tərəfdaşlığı ilə “TEDx Sumgait” tədbiri uğurla başa çatdı - FOTOLAR
-
Dünənki qəbul imtahanlarının sualları niyə çətin salınıb? - DİM-dən cavab
-
“Expressbank”ın sədrinin xalası oğlu həbs edilib - filial müdiri dindirildi
-
Azərbaycanda blogerlər bu qaydalara riayət etməlidir - Agentlik detalları açıqladı
-
288 saylı orta məktəbdə “Son zəng” üçün pul yığılır? - VİDEO
TOP 10
ARXİV