Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Günün transfer şayiələri: “Bayern Münhen“ yeni hücumçu alır

Tarix 20.04.23, 15:09

Font ölçüsü : - / +
bitmap-img6


Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.

"Sport Witness": PSJ "Nyukasl"ın lideri Bruno Qimaraynşa elçi düşüb. Paris təmsilçisi bu yay 25 yaşlı yarımmüdafiəçini heyətinə qatmağı planlaşdırır. Ancaq futbolçunun İngiltərə Premyer Liqasını təkr etmək istəyib-istəmədiyi bəlli deyil. Qeyd edək ki, Brunonun "Nyukasl" ilə müqaviləsi 2026-ci ilin iyun ayına qədərdir. 

"Sky Sports Deutschland": "Bayern Münhen" "Lill"in hücumçusu Conatan Devidlə maraqlanır. Bundesliqa təmsilçisi Kanada millisinin 23 yaşlı üzvünü yayda heyətinə cəlb etmək niyyətindədir. Qarşıdakı həftələrdə tərəflər arasında danışıqların start götürəcəyi bildirilir. 

"Readfootball": "Milan"ın hücumçusu Rafael Leaunun klubdakı gələcəyi hələ də sual altındadır. Portuqaliyalı forvardın İtaliya təmsilçisi ilə sözləşməsi 2024-cü ildə başa çatır. Tərəflər arasında yeni müqavilə ilə bağlı danışıqlar gedir. 

Mətbuata açıqlama verən Leau gələcəyi ilə bağlı bunları söyləyib: "Milan"da özümü evdəki kimi hiss edirəm. Stefano Pioli məni indiki futbolçuya çevirən adamdır. Səbri var idi, sözün əsl mənasında məni oğlu kimi görüb əlimdən tutdu. Mən ona, eləcə də Paolo Maldini və Frederik Massara təşəkkür etmək istəyirəm. Burada olmaqdan xoşbəxtəm. Hələ bir illik müqaviləm var, amma danışıqlar aparırıq. Həll olunması lazım olan bəzi şeylər var". 



Xəbərin oxunma sayı : 397




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap