“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

Dollara tələbat kəskin artdı – “Rublun ucuzlaşması bazara psixoloji təsir edir“

Tarix 21.08.23, 14:34

Font ölçüsü : - / +
bitmap-img6


Ötən həftə hərraclarda dollara tələb artıb. Belə ki, 10-17 avqust tarixlərində Mərkəzi Bankın təşkil etdiyi 3 valyuta hərraclarında 127.9 milyon dollar satılıb. Qeyd edək ki, bu əvvəlki uyğun müddətdə təşkil edilən 3 hərrac ilə müqayisədə 27.3 faiz çox satış deməkdir. Bu isə son hərraclarda dollar tələbinin hiss edilən səviyyədə yüksəlməsindən xəbər verir.

İqtisadçı, deputat Vüqar Bayramov bildirir ki, dollara tələbin artması mövsümi iqtisadi səbəblər ilə yanaşı psixoloji faktorlarla da bağlıdır. Onun sözlərinə görə, yay mövsümünün sona yaxınlaşması, idxalın artması dollara yeni tələb yaradır.

“Bununla yanaşı, qonşu ölkələrdəki volatillik, xüsusən də Rusiyada rublun ucuzlaşması valyuta bazarına psixoliji təsir formalaşdırır”, - iqtisadçı əlavə edib.

Xatırladaq ki, bu ilin birinci yarısında 8 milyard 198 milyon dollarlıq idxal qeydə alınıb. Bu ötən ilin uyğun dövrü ilə müqayisədə 22.5 faiz çoxdur. İdxalın artması isə dollara daha çox tələb yaradır.

V.Bayramov hesab edir ki, dollara tələbin artması kontekstində manatın məzənnəsinin necə dəyişməsi hələ də birbaşa Mərkəzi Bankın mövqeyindən asılıdır.

“Azərbaycan üzən məzənnə rejiminə keçmədiyi üçün valyuta bazarındakı tarazlığı Mərkəzi Bankın qərarları müəyyənləşdirir”, - deputat xatırladır.



Xəbərin oxunma sayı : 1057




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap