“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Deputat Sahil Babayevə əli əyri məmurların yoxlanılmasını təklif etdi: Nazir cavabladı

Tarix 14.06.24, 13:08

Font ölçüsü : - / +
bitmap-img6


"Dünən Neftçala rayonunda vətəndaşlarla görüşdə olmuşam. DOST Agentliyin işi ilə bağlı müəyyən müraciətlər var. Mən çox xahiş edərdim ki, Nazirlik agentliyin işini yoxlasın". 

Qaynarinfo xəbər verir ki, bu fikirləri deputat Sabir Rüstəmxanlı Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasında deyib.

Deputat qeyd edib ki, dövlətin çox böyük qayğı ilə ayırdığı vəsaitlər bəzi xırda məmurların əli əyriliyi nəticəsində ünvanlara kifayət qədər gedib çatmır: 

"Mən görülən işlərin hamısına kölgə sala bilmərəm. Sosial müdafiə sahəsində çox böyük işlər görürsünüz. Amma konkret şikayətlər varsa xahiş edirəm bu yoxlanılsın. Köhnə kartların müəyyən adamların cibində fırlanması məsələləri görünür ki, hələ də davam edir". 

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev isə deputata cavab olaraq bildirib ki, məsələ mütləq araşdırılacaq: 

"Sabir müəllim biz məsələni mütləq araşdıracağıq. Sadəcə məlumat üçün bildirim ki, Neftçalada DOST Agentliyi yoxdur. Böyük ehtimalla bu haqqı ödənilən ictimai işlərlə bağlıdır. Haqqı ödənilən ictimai işlər yerli icra hakimiyyəti orqanlarına təhkim edilən işçilərlə bağlıdır. Bunun DOST Agentliyinin fəaliyyəti ilə əlaqəsi yoxdur. Bildirdiyiniz faktı araşdıracağıq sadəcə mən bu açıqlamanı vermək istədim ki, DOST Agentliyi haqqında yanlış fikir formalaşmasın".



Xəbərin oxunma sayı : 730




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap