Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Dövlət sektorunda işləyənlərin 75 faizinin özünün və ya ailə üzvünün kredit borcu var - SORĞU

Tarix 26.01.23, 11:35

Font ölçüsü : - / +
bitmap-img6


Mərkəzi Bankın 30 noyabr 2022-ci il tarixinə olan məlumatına əsasən, bankların kredit portfeli il ərzində üç milyard manat və ya 18,1% artaraq 19,7 milyard manat təşkil edib.

Sosial Tədqiqatlar Mərkəzindən verilən xəbərə görə, hesabat dövründə bankların kredit portfelində artım, əsasən, istehlak və ipoteka kreditlərinin artmasından qaynaqlanıb.

Belə ki, dövr ərzində kredit portfelinin tərkibinin əhəmiyyətli hissəsini (56%) təşkil edən biznes kreditlərində artım 12,7% və ya 1,2 milyard manat olduğu halda, istehlak kreditləri üzrə 27,7% və ya 1,2 milyard manat, ipoteka kreditləri üzrə isə 21,9% və ya 0,5 milyard manat qeydə alınıb.

Bundan əlavə, ilin 11 ayı ərzində bank müştərilərinin sayı 1,1 milyon nəfər və ya 0,9% artaraq 13,6 milyon nəfərə (99%-i fiziki şəxslər olmaqla) çatıb.

Mövzunun aktuallığını nəzərə alaraq, Sosial Tədqiqatlar Mərkəzi ev təsərrüfatlarının kredit borcuna dair məlumatları öyrənmək məqsədilə növbəti rəy sorğusunu keçirib. Qeyd edək ki, burada kreditin istehlak, ipoteka, kommersiya və digər növləri üzrə təyinatından asılı olmayaraq, ümumi dəyərləndirmə aparılıb. Əldə olunan nəticələrin ilkin təhlilinə görə, “Özünüzün, yaxud ailə üzvünüzün hazırda kredit borcunuz varmı?” sualına iştirakçıların 57,7%-i “bəli”, 42%-i “xeyr” cavabı verib.

Nəticələrə əsasən, dövlət sektorunda işləyənlərin 75,3%-i özünün və ya ailə üzvünün kredit borcunun olduğunu bildirib. Bu göstərici özəl sektorda (muzdlu) işləyənlər üzrə 60,5%, fərdi əmək fəaliyyəti ilə məşğul olanlar üzrə 53% təşkil edib. Nəticələri respondentlərin yaşayış məntəqəsinin növü üzrə nəzərdən keçirdikdə, kənddə yaşayanların 48,7%-i, şəhərdə məskunlaşanların 61,3%-i özünün və ya ailə üzvünün kredit borcu olduğunu ifadə edib.

Sorğu 2022-ci ilin dekabr ayında 18 yaşından yuxarı 384 respondent arasında telefonla müsahibə formasında keçirilib, könüllü iştirak və anonimlik prinsipləri qorunub. Sorğu 12 iqtisadi rayonu əhatə edib və gender balansı təmin edilib. Nəticələrin əminlik intervalı 95%, xəta payı 5%-ə bərabərdir.



Xəbərin oxunma sayı : 355




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap