“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında korrupsiya: yoxlama nələri aşkarladı?

Tarix 24.01.25, 16:38

Font ölçüsü : - / +
bitmap-img6


Hesablama Palatası Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında həyata keçirdiyi kənar dövlət maliyyə nəzarəti tədbiri nəticəsində nöqsanlar aşkar edib.

AzFakt.com xəbər verir ki, bu barədə Palata məlumat yayıb.

Bldirilib ki, Akademiyada üzgüçülük hovuzu fəaliyyət göstərməsə də, həmin sahədə çalışan işçilərə əməkhaqqı ödənilməsi davam etdirilib. Ödəniş 2022-2023-cü illəri əhatə edib və 55,7 min manat təşkil edib:

"Akademiyanın maliyyə və idarəetmə sahəsində digər ciddi nöqsanlar da olub. Belə ki, Akademiyanın Nizamnaməsi 2019-cu ildə təsdiq edilmiş “Dövlət və bələdiyyə ali təhsil müəssisələrinin Nümunəvi Nizamnaməsi”nə uyğunlaşdırılmayıb, bu da maliyyə və funksional fəaliyyətə nəzarəti məhdudlaşdırıb.

Audit zamanı depozit hesablarında yerləşdirilən vəsaitlərdən düzgün istifadə edilmədiyi, yerləşdirmə müddətləri və faiz dərəcələrinin optimal seçilmədiyi üçün əlavə gəlir əldə etmək imkanlarının itirildiyi müəyyən olunub. Qeyri-rezidentlərlə bağlanan xidmət müqavilələrində qanun pozuntularına yol verildiyi və bunun nəticəsində 42,9 min manat məbləğində verginin dövlət büdcəsinə köçürülmədiyi də aşkar edilib.

Palata Akademiyaya tövsiyə edib ki, maliyyə idarəetməsi təkmilləşdirilsin, mövcud qanun pozuntuları aradan qaldırılsın və nəzarət mexanizmləri gücləndirilsin.

Aşkar edilən nöqsanlarla bağlı əlavə tədbirlərin görülməsi üçün Milli Məclisə məlumat təqdim olunub".



Xəbərin oxunma sayı : 811




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap