Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Dünyanın ən zəngin 10 varisinin adı açıqlanıb - SİYAHI

Tarix 16.04.24, 17:43

Font ölçüsü : - / +
bitmap-img6


66 yaşlı hindistanlı iş adamı Mukeş Ambani “Forbes” jurnalı tərəfindən dünyanın ən zəngin varisi kimi tanınıb. Onun imperiyası neft-kimya, neft-qaz, telekommunikasiya və pərakəndə sənaye sahələrini əhatə edir və sərvəti 116 milyard dollar qiymətləndirilir.

Mukeş və qardaşı Anil 2002-ci ildə ataları Dhirubhay Ambanidən Hindistanın ən böyük sərvətini miras alıblar. Ardınca Anil şirkətlərinin müflis olması səbəbindən dünyanın ən varlı adamları reytinqindən çıxdı.

Siyahıda ikinci yerdə 99,5 milyard dollarlıq kapitalla 70 yaşlı fransız qadın Fransuaza Betankur-Mayers qərarlaşıb. O, “L`Oreal” səhmlərinin 33%-nə sahibdir.

Cim Uolton dünyanın ən zəngin varislərinin ilk üçlüyünü tamamlayır. 75 yaşlı ABŞ-li “Walmart”da 12% paya sahibdir və ailə bankı “Arvest”ə rəhbərlik edir. Onun sərvəti 78,4 milyard dollar dəyərində qiymətləndirilir. Bundan əlavə, ilk beşliyə Uoltonun qohumları - qardaşı Rob (77,4 milyard dollar) və bacısı Alisa (72,3 milyard dollar) daxildir.
Ən zəngin varislər onluğuna, həmçinin “Thomson Corporation”ın rəhbəri David Tomson (66 milyard dollar), “Koch Industries” səhmlərinin 42%-nin sahibi Culia Kox (64,3 milyard dollar), “Ferrero Group” səhmlərinin 75 faizinin varisi Covanni Ferrero (43,8 milyard dollar) daxildir. “Red Bull”un 49%-nin sahibi Mark Mateşiç (39,6 milyard dollar) və “Mars” şirkətinin varisi Jaklin Mars (38,5 milyard dollar) daxildir.



Xəbərin oxunma sayı : 859




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap