Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin yeni sədri danışdı:“Prezidentin bəzi tapşırıqları var“

Tarix 19.02.19, 17:51

Font ölçüsü : - / +
bitmap-img6


“İlk növbədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri seçilməyimlə bağlı cənab Prezidentə təşəkkür edirəm. Şərəfli etimad göstərilib. Çalışacağam ki, üzərimə düşən işlərin öhdəsindən gələ bilim”.

Bunu Modern.az-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri təyin olunan Fərid Şəfiyev deyib.

Onun sözlərinə görə, hələlik Mərkəz barədə danışmaq tezdir: “Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi diplomatiyaya və beynəlxalq əlaqələrə uyğun sahədir. Müəyyən dərəcədə bu işi ikitərəfli konteksdə aparmışam. İndi isə bir qədər akademik yönümlü formada icra edəcəm. Cənab Prezidentin mərkəzin fəaliyyəti barədə  bəzi tapşırıqları var. Hazırda digər rəhbər vəzifələrlə bəzi məsləhətləşmələr aparırıq. Ona görə də konkret nəsə söyləyə bilməyəcəm. Düşünürəm ki, mərkəz haqqında danışmaq hələ tezdir. Konsepsiyası və nizamnaməsi hazırlanır. Ümidvaram ki, yaxın günlərdə bu barədə açıqlamalar olacaq”.

Qeyd edək ki, Prezident İlham Əliyev fevralın 19-da Fərid Rauf oğlu Şəfiyevin Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb. F.Şəfiyev 2014-cü ildən Azərbaycan Respublikasının Çex Respublikasında fövqəladə və səlahiyyətli səfiri işləyirdi.  O, ölkə başçısının müvafiq sərəncamı ilə elə bu gün – fevralın 19-da Azərbaycan Respublikasının Çex Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.




Xəbərin oxunma sayı : 106




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap