“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Bakı Metropoliteni vergi borcu olan şirkətə 870 min manatlıq tender verib - FOTO

Tarix 21.01.22, 14:47

Font ölçüsü : - / +
bitmap-img6


Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyəti yanvarın 19-da “CMT GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə maliyyə dəyəri 870186.09 AZN (870 min 186) olan satınalma müqaviləsi imzalayıb.

Bu barədə məlumat Dövlət satınalmalarının vahid internet portalında yer alıb.

AbzasMedia xəbər verir ki, müqavilədə 2022-ci il üçün metropolitenin tunellərində istifadə olunan xüsusi qoruyucu polimer örtüklərinin satın alınması nəzərdə tutulub.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, nizamnamə kapitalı 10 manat olan “CMT GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti 20 may 2010-cu ildə dövlət qeydiyyatına alınıb.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, şirkətin qanuni təmsilçisi Eynar Vüqar oğlu Hacıdır.

“CMT GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətinin dəfələrlə Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyəti təşkil etdiyi və maliyyə dəyəri böyük olan tenderlərdə qalib gəldiyi xüsusilə diqqət çəkir.

Dövlət Vergi Xidmətinin 19 yanvar 2022-ci ilə olan rəsmi məlumatına görə, “CMT GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti dövlətə 8428,57 AZN (8 min 428) vergi borcu var.

Açıklama yok.

Vergi borcu olan şirkətlərin tenderdə iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə mümkün deyil.

Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin vergi borcu olan şirkətə tender verməsi isə sual olaraq qalmaqdadır.



Xəbərin oxunma sayı : 1054




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap