Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Azərbaycanda un və çörəyin qiyməti ilə bağlı mühüm addım - VİDEO

Tarix 22.01.22, 18:30

Font ölçüsü : - / +
bitmap-img6


Unun və çörəyin qiymətinin süni şəkildə artırılmasının qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görülür. Ekspertlər hesab edir ki ,aidiyyatı dövlət qurumlarının apardığı monitoriqnlər öz təsirini göstərməkdədir.Əks halda bazarda möhtəkirliyin yaranması qiymət artımını qaçılmaz edərdi.

İstehlak bazarına nəzarət edilərək, möhtəkirlik hallarının qarşısı alınır.

Un və çörəyin qiymətinin süni olaraq bahalaşmaması üçün bütün qabaqlayıcı tədbirlər görülür. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti monitorinq və nəzarət tədbirlərini daha da gücləndirib.

Preventiv tədbirlər çərçivəsində taxıl idxalçıları, həmçinin un və çörək istehsalçıları ilə görüşlər təşkil edilərək vəziyyətdən sui-istifadə hallarının qətiyyən yolverilməzliyi barədə məlumat verilib.Ekspertlər hesab edir ki ,mövcud vəziyyətdə nəzarət təbirlərinin davamlı aparılmasına ehtiyac var.
ƏTRAFLI
Samsung R9 Inpage

İqtisadçı ekspert Eldəniz Əmirovun sözlərinə görə, haqsız rəqabət, bazar sövdələşməsinin qarşısını almaq üçün aparılan ciddi monitorinqlər bütün ölkəni əhatə edir..Bu isə öz növbəsində hər hansısa bir regionda möhtəkirliyin yaranmasının qarşısını alır.

Qeyd edək ki, hazırda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Dövlət Vergi Xidməti, Qida Təhlükəsizliyi Agentliyi və icra hakimiyyətlərinin nümayəndələri tərəfindən unun satışı və çörəyin çəki və qiymətinə gündəlik nəzarət edilir.

Xəzər tv-nin hazırladığı sujeti təqdim edirik







Xəbərin oxunma sayı : 649




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap