Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Azərbaycanda ilk futbol klubu və oyunu nə zaman olub? - Maraqlı tarix

Tarix 19.02.24, 15:26

Font ölçüsü : - / +
bitmap-img6


Rast gəldiyimiz bəzi sənədlərə görə, Azərbaycanda futbol oyunları 1905-ci ildən keçirilib. Lakin bu oyunda azərbaycanlıları yaxın qoymayıblar ki, iştirak etsinlər. Əsasən, xarici neft şirkətlərinin əcnəbi işçiləri öz aralarında futbol oynayıblar. 

AzFakt.com xəbər verir ki, bu barədə dosent Zaur Əliyev bildirib. O bildrib ki, azərbaycanlıların ilk rəsmi oyunu Balaxanı kəndində həyata keçib:

"Özü də bu oyunun keçirilməsi birbaşa Əlibaxış Qədimov və ya Məşədi Kampan kimi tanınan Balaxanı neft milyonçusunun sayəsində olub. Qardaşları ilə neft kampaniyası yaradan Ə. Qədimov Balaxanı camaatı tərəfindən daha çox "Mer Kampan" adı ilə tanınıb. Bu adla o, kampaniya yaratmasından sonra məşhurlaşıb. Mer Kampanın o dövrdə cəmi 2 neft buruğu və çoxsaylı neft quyuları olub. Buruq və buruqda tətbiq olunan avadanlıqlar o dövlər üçün çox böyük xərclərə başa gəlib. Neft quyuları isə Balaxanıda saysız-hesabsız olub. Kampan Qədimovun əliaçıqlığı haqda bu gün də əfsanələr dolaşır. Nobel qardaşları kimi digər neft milyonçuları özlərinə kompaniya yaratmaq istəyiblər. Bu məqsədlə qruplarına daxil etmək üçün özlərinə yeddinci neft maqnatı axtarıblar. İngilislər Bakı kəndlərində tez-tez olublarmış. Onlar Ə.Qədimovla görüşüb öz sıralarına dəvət ediblər. Əvvəlcə milyonçu buna razı olmayıb. Səbəb kimi də ingilislərin yerlilərə qarşı münasibəti olub. Hətta ingilislərin neft mədənində olanda ayaqla oynanılan oyuna belə azərbaycanlıların yaxın buraxılmaması onu narahat edən məsələ olub.

İngilislər təklif edirlər ki, Mer Kampan da özünə bir komanda yaratsın, əgər azərbaycanlılar oynaya bilsələr, onlar futbola maraq göstərən istənilən komandaya dəstək olacaqlar".

Z.Əliyevin sözlərinə görə, razılşama əldə edilir və Mer Kampan oynaya bilənlərin hərəsinə 10 qızıl pul verəcəyini deyir:

"25 nəfər seçilir və oyun üçün Balaxanda təcili oyun meydançası tikilməsi başlanır.  Elə ilk futbol klubu kimi də “Balaxanı futbolçular dərnəyi” adlı komanda qeydiyyatdan keçib. 1910-cu ildə ilk dəfə futbol oyunu Balaxanıda keçirilir. Oyun ingilislərin qələbəsi ilə yekunlaşsa da, ondan sonra Azərbaycanda futbol inkişaf etməyə başlandı. Mer Kampan da sözünü tutub oyunçulara qızıl pulla mükafat verir və hər ay onlar üçün aylıq maaş ayrırır. Sovetlər Azərbaycanı işğal edib onun var-dövlətini əlindən alan günə qədər də klubun sponsoru və sahibi olur. 

Bakıda ilk rəsmi çempionat 1911-ci ildə keçirilib və "Britaniya klubu" komandasının qələbəsi ilə nəticələnib. 1912-ci ildə isə Azərbaycan futbolçuları ilk beynəlxalq görüşlərini keçirərək Tiflisdə yerli "Sokol" komandasına 4:2 hesabı ilə qalib gəlirlər".

Açıklama yok.




Xəbərin oxunma sayı : 688




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap