“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

Azərbaycanda bu şəxslərə də müavinət veriləcək - Qanun dəyişir

Tarix 11.12.23, 14:02

Font ölçüsü : - / +
bitmap-img6


"İşsizlikdən sığorta haqqında” qanuna edilən dəyişikliklər pozitiv xarakterli dəyişikliklərdir və işsiz qalan şəxslərin sığorta ödənişləri almasını həm asanlaşdıracaq, həm də onların dairəsini genişləndirəcək.

Bunu Trend-ə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

O qeyd edib ki, mövcud qanunvericiliyə görə, yalnız üç halda işsizlikdən sığorta ödənişi edilirdi.

"Müəssisələr ləğv olunduqda, müəssisədəki ştatlar ləğv olunduqda və əmək müqaviləsinin vaxtı bitdikdə işsizlikdən sığorta ödənişi edilirdi. Bu ödəniş o halda verilirdi ki, işçinin sığorta stajı ən azı 30 ay olsun. Dəyişikliyə əsasən isə, bu 30 ay 24 aya endirilir və yarım il güzəşt imkanı yaranır.

Digər bir üstünlük ondan ibarətdir ki, bu üç hal altı hala qədər artırılır. Belə ki, müəssisənin mülkiyyətçisi dəyişən zaman işçi işdən çıxırsa və yaxud müəssisənin ştatlarını ləğv edirsə, bu halda Əmək Məcəlləsinə əsasən, işçiyə işsizlikdən sığorta müavinəti veriləcək. Digər halda isə əvəllər müvafiq işdə çalışmış, sonra işdən çıxmış, amma məhkəmənin qərarı ilə yenidən işinə bərpa olunan işçi də işsizlikdən sığorta müavinətindən istifadə edə biləcək.

Üçüncü hal isə ondan ibarətdir ki, əgər şəxs hərbi xidmətdə olubsa və qayıdıb yenidən öz işinə bərpa olunursa, bu halda da onun yerində çalışan işçi özündən asılı olmayaraq işini itirir. Bu halda həmin şəxs də işsizlikdən sığorta haqqı ala biləcək”, - deyə M.Quliyev əlavə edib.

Qeyd edək ki, qanuna dəyişiklik Milli Məclisin dekabrın 8-də keçirilən plenar iclasında müzakirə edilərək birinci oxunuşda qəbul edilib.



Xəbərin oxunma sayı : 571




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap