“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

Azərbaycanda bəzi yerlərdə arabir yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA

Tarix 10.12.23, 12:31

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan ərazisində faktiki hava açıqlanıb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, dekabrın 10-u saat 10:00-a olan məlumatına əsasən bəzi yerlərdə arabir yağış, Şahdağda qar yağıb.

Düşən yağıntının miqdarı: Biləsuvarda altı mm, Neftçalada beş mm, Astara, Lənkəranda dörd mm, Sədərək, Biçənəkdə iki mm, Naxçıvan, Şərur, Şahbuz, Culfa, Ordubad, Göygöl, Gəncə, Şəmkir, Balakən, Zaqatala, Qax, Şamaxı, Qobustan, Quba, Şahdağ, Bərdə, Yevlax, Zərdab, İmişli, Kürdəmir, Cəfərxan, Sabirabad, Şirvanda 1 mm-dək, Bakıda və Abşeron yarımadasında altı mm-dək olub.

Qar örtüyünün hündürlüyü: Şahdağda üç santimetrə çatıb.
Külək: Şimal-qərb küləyi Qobustanda 21 m/s, Şahdağda 20 m/s, Altıağacda 18 m/s, Naftalanda 16 m/s-dək güclənib.

Duman: Sumqayıt, Şahbuz, Daşkəsən, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Qax, İsmayıllı, Şamaxı, Qobustan, Göyçay, Beyləqanda müşahidə olunub.

Havanın minimal temperaturu: Bakıda və Abşeron yarımadasında 12 dərəcəyədək isti, Naxçıvan Muxtar Respublikasında dörd dərəcə şaxtadan dörd dərəcəyədək isti, Aran rayonlarında doqquz dərəcəyədək isti, dağlıq rayonlarda bir dərəcə şaxta olub.



Xəbərin oxunma sayı : 775




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap