“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Azərbaycana ən çox maddi ziyan Ağdamın işğal olunması ilə vurulub - Məbləğ

Tarix 07.02.25, 23:06

Font ölçüsü : - / +
bitmap-img6


Ermənistan silahlı qüvvələrinin və qanunsuz silahlı birləşmələrinin apardığı təcavüzkar müharibə nəticəsində Azərbaycanın suveren əraziləri olan 12 şəhər, 18 qəsəbə, 895 kənd, ümumilikdə 925 yaşayış məntəqəsi işğal olunub və uzun illər ərzində işğal altında saxlanılıb, bununla da, xüsusi və dövlət mülkiyyətində olmuş ümumilikdə 37168 ədəd əmlak üzrə 19 milyard manatdan artıq maddi ziyan vurulub.

AzFakt.com xəbər verir ki, bunu Azərbaycana qarşı hərbi cinayətlər törədmiş Ermənistan vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin məhkəməsində dövlət ittihamçısı Təranə Məmmədova ittiham aktına əsasən elan edib.

Ən çox maddi ziyan isə Ağdamın işğal edilməsiylə vurulub. Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli elan edib ki, Ağdam rayonunun böyük hissəsinin işğal olunması nəticəsində 100574 nəfər dinc sakin didərgin salınıb, həmin şəxslərin xüsusi mülkiyyətində və Azərbaycan Respublikasının dövlət mülkiyyətində olmuş ümumilikdə 31736 ədəd əmlak üzrə 3,7 milyard manatdan artıq maddi ziyan vurulub.



Xəbərin oxunma sayı : 1306




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap