Röyanın makiyajsız halı - VİDEO “Kimə salam verirsən yataq təklif edir” - Aysel Manaflı “Məndən sonra hamı getdi ...“ - Pərvin Nigar Camal bikinili görüntülərini yaydı - VİDEO
Axtar
 
  • / Maqazin / — 29 Avqust 2023

    Röyanın makiyajsız halı - VİDEO

  • / Maqazin / — 22 Avqust 2023

    “Kimə salam verirsən yataq təklif edir” - Aysel Manaflı

  • / Maqazin / — 21 Avqust 2023

    “Məndən sonra hamı getdi ...“ - Pərvin

  • / Maqazin / — 13 Avqust 2023

    Nigar Camal bikinili görüntülərini yaydı - VİDEO

  • / Maqazin / — 04 Avqust 2023

    Nigar Camal hovuz görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 26 İyul 2023

    “Müğənnilikdən yox, biznesdən qazanıram“ - Natavan

Aynurə Əhmədzadənin şirkətlərində mühasib səhvi - Kapital 500 dəfə azaldıldı

Tarix 26.05.23, 18:47

Font ölçüsü : - / +
bitmap-img6


Yaxın tarixlərdə dövlət qeydiyyatına alınan və eyni şəxsin qanuni təmsilçi olduğu 3 şirkət nizamnamə kapitalını kəskin azaldır.

AzFakt.com yeniavaz.com-a istinadla xəbər verir ki, Əhmədzadə Aynurə Əli qızının qanuni təmsilçi olduğu "BUSINESS FINANCE GROUP" MMC (VÖEN – 1406300471) və "İmza İnşaat” MMC-lər (VÖEN – 1406188941) nizamnamə kapitallarını 500 dəfə azaldaraq 100 000 manatdan 200 manata, "Star Stamp” MMC (VÖEN – 1406234141) isə nizamnamə kapitalını 400 dəfə azaldaraq 60 000 manatdan 150 manata endirir.

Adları keçən hər 3 şirkətin qanuni təmsilçisi eyni şəxs olsa da, hüquqi ünvanları fərqli olub:

"İmza İnşaat” MMC 18.10.2022-ci il tarixində Nəsimi rayonu, Dilarə Əliyeva, ev 235A ünvanında,
 
"Star Stamp” MMC 21.11.2022-ci il tarixində Nəsimi rayonu, S.Vurğun küçəsi, ev 34, m. 1 ünvanında,

"BUSINESS FINANCE GROUP" MMC isə 13.01.2023-cü ildə Nəsimi rayonu, Dilarə Əliyeva, ev 113, m 1 ünvanında dövlət qeydiyyatına alınıb.

Nizamnamə kapitalının azaldılmasına səbəb kimi mühasib səhlənkarlığı göstərilir.



Xəbərin oxunma sayı : 511

loading...

Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap