![]() |
|














Aranda böyüyən qoyunun əti niyə dağlıq ərazidəki heyvanın ətindən ləzzətlidir? - ARAŞDIRMA
Tarix 29.11.23, 20:00 |
|

Quzu əti ibtidai dövrlərdən insanlar tərəfindən qiymətləndirilən dadlı və doyurucu ətdir. Ondan hazırlanan yeməklər Şərq və Aralıq dənizi mətbəxində xüsusilə məşhurdur. Bir çox insan quzu ətini yağlı və zərərli hesab edir. Lakin onun orta səviyyədə istehlakının insan sağlamlığına heç bir zərəri olmadığı və hətta faydası olduğu təsdiqlənib.
AzFakt.com evdar.az-ın quzu əti haqqında araşdırmanı təqdim edir.
Quzu ilə qoyun əti arasındakı fərq nədir?
Qoyun və quzu- eyni heyvanın( qoçun) ətidir, fərq yalnız bu heyvanın yaşıdır. Quzu 1 yaşa qədər qoyun ətidir. Qoyun daha çox “yetkin” heyvanın ətidir.
Ən dadlı və ən sağlam ət südəmər, yaşı 3-6 aydan çox olmayan quzudur. Yumşaq, zərif dad və konsistensiyasya malikdir. Quzu əti asanlıqla həzm olunur. Qoyun əti isə mədədə uzun müddət həzm olunur, buna görə də böyüklər tərəfindən istehlak edilir. Uşaqlar üçün isə quzu əti yemək tövsiyyə edilir.
Quzu ətində yağ miqdarı donuz ətindən 2-3 dəfə azdır. Quzu ətinin kalori miqdarı 100 qram məhsula təxminən 190 kkal təşkil edir. Orta səviyyədə bu ət hətta pəhriz menyusuna daxil edilə bilər.
Quzu mal ətindən 2 dəfədən çox, donuz ətindən 4 dəfə az xolesterol ehtiva edir.
Quzu əti immun sisteminin fəaliyyəti üçün vacib olan sink mənbəyidir. Bundan əlavə, ətdə dişləri kariyesdən qoruyan çoxlu ftor var.
Quzu ətinin tərkibində dəmirin olması isə orqanizmdə qan əmələ gəlməsinə müsbət təsir edir.
Ən faydalı ət növü olan quzu və qoyun əti çox ləzzətli olsa da, qiyməti hal-hazırkı əməkhaqqıya görə kifayət qədər yüksəkdir. Üstəlik əhali ətin keyfiyyətinin, heyvanların yoxlamadan keçib-keçmədiyini bilmədiyi üçün mağazada satılan yox, məhz tanıdıqları qəssabların kəsdiyi əti almağa üstünlük verir.
Azərbaycanda hansı rayonun heyvanının əti daha ləzzətlidir?
Quzu və qoyun ətinin dadına birbaşa heyvanın qidalanması və otlaq şəraiti təsir edir. Quzuların ekoloji cəhətdən təmiz otlaqlarda, çəmənliklərdə sağlam və balanslı yemlənməsi sayəsində yüksək keyfiyyətli ət əldə edilir.
Azərbaycanın Aran rayonlarında yetişdirilən xırdabuynuzlu heyvanların əti ən dadlı heyvan ətidir. Adətən Ağcabədi, Beyləqan, Biləsuvar, Kürdəmir, Saaatlı və Sabirabad rayonu ərazilərində xırdabuynuzlu heyvanların ətlik cinsləri yetişdirilir və onların əti daha ləzzətli olur.
Araşdırmalara görə, heyvanın ətinin daha dadlı olması aran zonalarında torpağın duzlu olmasıyla əlaqədardır. Qoyun ətinin ləzzəti onun cinsi ilə deyil, yediyi otlarla bağlıdır. Bundan başqa dağlıq ərazidə yaşayan heyvanın əti aranınkına nisbətən daha möhkəm əzələli və iri lifli olur. Aranda böyümüş heyvanın əti isə zərif və qısa lifli olur. Aran zonasında heyvanı kökəltmə üsulu ilə böyütdükləri üçün bu amil də ətin dadına təsir etmiş olur. Belə ki aranda böyümüş heyvan piyli, daha ağırçəkili olduğu üçün daha az hərəkət edir. Dağlıq ərazidə yaşayan heyvan isə daha cəld və hərəkətli olduğu üçün əti daha möhkəm və az yağlı olur.
Quzu ətini necə seçmək olar?
Təzə kəsilmiş quzu ətinin bənövşəyiyə çalan tonu və ya parlaq qırmızı rəngi olur. Köhnə və ya zəif bəslənmiş qoyunların əti tünd qırmızı rəngdə və sari yağlı olur. Bu ət liflidir və ona görə də qiymə şəklində istifadəyə uyğundur.
Quzu əti yumşaq olduğuna görə çox tez bişir. Xüsusi ilə də südəmər quzu əti daha tez bişir. Yaşları artdıqca quzu ətinin bişməsi də paralel olaraq artır.
Quzu ətinin faydaları
Quzu ətində kalium, natrium, kalsium, maqnezium, yod, fosfor, dəmir, E, B1, B2, B12, PP vitaminləri var.
Quzu əti qocaların və uşaqların qida rasionunda olmalıdır. Tərkibində çoxlu ftor var, dişləri kariyesdən qoruyur. Quzu yağında xolesterin azdır. Bundan əlavə, quzu ətinin tərkibində olan lesitin mədəaltı vəzi stimullaşdırmaqla diabetin qarşısını alır, həmçinin antisklerotik xüsusiyyətlərə malikdir və xolesterin mübadiləsini normallaşdırır.
Tərkibində olan kalium, natrium və maqnezium duzları ürək və qan damarlarına faydalı təsir göstərir. Quzu əti qan əmələ gəlməsi üçün lazım olan dəmirlə (donuz ətindən 30% çox) və qalxanabənzər vəzin normal fəaliyyətini təmin edən yodla zəngindir.
Quzu ətinin dadı və qida dəyəri olduqca yüksəkdir. Tərkibindəki zülallara, əvəzolunmaz amin turşularına və minerallara görə mal ətindən geri qalmır, hətta kalorililiyinə görə onu üstələyir (mal əti – 1838 kkal/kq, quzu – 2256 kkal/kq). Həm də ona görə ki, onun yağında nisbətən az miqdarda xolesterin var. Bəzi alimlər hesab edirlər ki, ateroskleroz əsasən quzu əti ilə qidalanan xalqlar arasında daha az rast gəlinir.
Ancaq yenə də ətin istifadəsinə nəzarət edilməlidir. Qidalanmanın tam və balanslı olması üçün ət yeməklərindən tamamilə imtina etmək olmaz.
Ət bulyonları aşağı turşuluğu olan qastritdən əziyyət çəkən insanlara fayda verəcək. Ancaq mədə xorası və ya yüksək turşuluğu olan qastrit olanlar üçün tamamilə istisna edilməlidir. Ətin xəstə böyrəklərə də mənfi təsiri var. Axı, hər hansı bir ətin tərkibində çoxlu zəhərli maddələr var, bundan əlavə, heyvanlar antibiotiklər və hormonal stimulyatorlarla qidalanır və bu maddələr böyrəklər və qaraciyər üçün çox dağıdıcıdır.
Yanmış quzu əti ilan, qara və sarı əqrəb sancmasına qarşı faydalıdır.
Quzu digər qırmızı ət növləri ilə eyni dərəcədə sağlamlıq riski daşıyır. Böyük miqdarda quzu əti məhsulları yemək müxtəlif xroniki xəstəliklərin inkişaf riskini artıra bilər.
Həkimlər az yağlı quzu ətini, məsələn, quzu filesi (tikə ət), bel və ya bud hissəsini seçməyi məsləhət görürlər. Ətin bişirilmə üsulu onun sağlamlığına təsir edən başqa bir amildir.
Quzu ətinin hansı hissələri necə bişirilir?
Kürək Hissəsi
Quzunun kürək hissəsində olan əti sümükdən ayırıb plov və ya raqu yeməyi üçün istifadə edə bilərsiniz.
Tikə Ət
Mükəmməl teksturaya malik quzunun ən yağsız hissəsi. Bu əzələ praktiki olaraq heyvanın hərəkətində iştirak etmir, ona görə yumşaq və zərif olur. Bu, demək olar ki, pəhriz ətidir. Quzunun tikə ətini doğrayıb və ya ədviyyatlar əlavə etməklə qrildə bütöv halda bişirə bilərsiniz.
Bel Hissəsi
Quzunun bel hissəsindən ləzzətli tikə kabab bişirə bilərsiniz. Əgər steyk həvəskarısınızsa bu hissəsi sizin üçündür. 2-3 sm qalınlığında kəsib qril və ya tavada qızarda bilərsiniz.
Qabırğa Hissəsi
Quzunun beli 12 qabırğadan (4 ön qabırğa və 8 arxa qabırğa) ibarətdir.
4 ön qabırğa hissəsi– Bu qabırğalar heyvanın ayağına daha yaxın yerləşir və buna görə də quzunun kürək kəsilmiş qabırğadan daha sərt hesab olunur.
8 arxa qabırğa hissəsi-Quzunun ətli və şirəli hissəsi. İnsanlar quzu ətindən danışarkən, ən çox kəsimin bu hissəsini nəzərdə tuturlar. Qabırğaları ayrı-ayrılıqda bölüb qril, kabab və ya sobada bişirə bilərsiniz.
Quzunun Bud Hissəsi
Quzunun bud hissəsi sobada bişirmək üçün əladır.
Boyun Hissəsi
Quzunun boyun ətini bişirmək uzun bir vaxt tələb edir. Boyun ətini qiymə halına salıb istifadə edə bilərsiniz.
Baş, Dırnaq və İçalat Hissələri
Kəlləpaça yeməyi üçün kəllə, ayaq və qarın hissəsindən istifadə edilir. Cız-bız, ciyər qovurma üçün uyğundur.
Onu da qeyd edək ki, quzu ətinin istehlakı heç bir din tərəfindən qadağan edilməyib. Vegetarianlar istisna olmaqla, hər kəs yeyə bilər.
Xəbərin oxunma sayı : 673
Sosial
Xəbərlər
-
Saxlanılan Rusiya vətəndaşları barəsində həbs qətimkan tədbiri seçildi - FOTOLAR
-
İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO
-
Kimya müəllimləri sertifikasiyanın nəticələrindən narazıdırlar - VİDEO
-
Hökumət vergi güzəştini sona çatdırır? - “Vergi Məcəlləsinə dəyişiklik layihəsi artıq hazırdır“
-
Mutvali Şıxlinskinin niyə saxlanıldığı məlum oldu - İllər öncə qətlə yetirilən şəxs onun müavini olub
-
“Anti-Azərbaycan kampaniyası 600-ə yaxın hesabdan aparılır“ - Milli Məclis
-
Sahib Məmmədovun müşaviri və yaxın qohumu xaricə hansı vəsaitlə gedir? - İLGİNC İTTİHAM
-
Yekaterinburqdakı Azərbaycan diasporunun lideri və oğlu belə saxlanıldı - VİDEO
-
“AZERİŞIQ” ASC-də açıq TENDERLER niyə GİZLİ şəkildə keçirilir…..
-
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfəri edəcək - Bu tarixdə
-
Voronejdə azərbaycanlı iş adamı həbs edildi - VİDEO
-
Ruben Vardanyan hakim qarşısında - Məhkəmə prosesi
-
Zelenski İlham Əliyevə zəng etdi: Ukrayna Azərbaycana həmrəyliyini ifadə etdi
-
“Evə dünyanın xərcini çəkib təmir etdirmişik...” - 1 evi 2 nəfərə satan MTK rəhbərinin məhkəməsi
-
“Dəniz” Hospitalında estetik əməliyyat üçün qızılları girov alındı…- Şikayət
-
“Bakı Yem Fabriki“ndə maliyyə böhranı: Vergi borcu yarım milyona yaxınlaşır
-
“O, futbol tarixinin ən böyük məşqçisidir“ - Yürgen Klopp
-
“İşğal Azərbaycana 150 milyard ABŞ dolları dəyərində ziyan vurub“ - Samir Şərifov
-
“Ege Hospital“ qaydaları pozdu - Maliyyə sanksiyası tətbiq olundu
-
AZAL təyyarəsini vuran rus zabitinin etirafları - Sensasion iddia + Səs yazısı
-
“Sputnik Azərbaycan“ işi üzrə saxlanılanlar 4 aylıq həbs edildi - Məhkəmədən qərar
-
Həftə sonunadək yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
-
Rəsmi Bakıdan Rusiyaya:“Daxili işlərimizə qarışmayın!”
-
Pakistanda hökumət binasına və banklara hücum - Ölənlər var
-
İlqar Mustafayev bu şəxslərlə əlbir imiş - 12 milyonluq cinayət
-
Bu ilin birinci yarısında Azərbyacanda neçə nəfər qızılcaya yoluxub? - RƏSMİ
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Nazir Mərkəz direktorunu işdən çıxardı - Yeni təyinat
-
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SİYAHI
-
Miqrasiya Xidmətindən əcnəbilərə xəbərdarlıq - 31 iyula kimi vaxtınız var
-
İlahə İlyasovanın direktoru olduğu “T-Finans LTD” MMC-nin rəhbəri Minayə Həmidova haqqında məhkəmə qərarı
-
Fərid Əsgərova general-mayor rütbəsi verildi - Sərəncam
-
Bakıda Rusiya vətəndaşlarından ibarət dəstələr ələ keçdi: Narkotik tranziti, onlayn dələduzluq...
-
Kinostudiyanın ərazisində təmizləmə işləri aparılır - Birgə məlumat
-
2300-dən çox müəllim işdən çıxarılıb - RƏSMİ
-
Rusiyadan gətirilən məhsullar Azərbaycanda məhv edildi - Fotolar
-
Tərlan Əhmədzadə işdən çıxarılır - Vəzifəsindən kənarlaşdırıldı, məzuniyyətə göndərildi
-
Yasamal rayonunda qanunsuz tikinti: “Kəpəz“ MTK yenidən işə başlayıb?
-
“Sputnik Azərbaycan“ bağlı işdə yenilik - 7 nəfər saxlanıldı
-
“Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmasına dair rəsmi məlumat yoxdur“ - Səfir
-
Daha iki nəfər batdı - Birinin 91, digərinin 17 yaşı var... (VİDEO)
-
MY SHOPS”un satış müdirindən dələduzluq - 50 ədəd “Playstation” sifariş verib...
-
Baş Prokurorluqda cinayət işi açıldı - Rusiyada öldürülən azərbaycanlılarla bağlı
-
Yağış, leysan, dolu, 32 dərəcə isti - Sabahın havası
-
Sabiq diplomat hakim qarşısına çıxarılır - DTX tərəfindən saxlanılmışdı
-
Beyləqanda qanvermə aksiyası keçirildi - Fotolar
-
“Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim” - Rəisdən ŞOK AÇIQLAMA
-
Səfərov qardaşlarının ölümü ilə bağlı ekspertiza nəticələri açıqlandı - VİDEO
-
Lənkəran şəhərində qanunsuz obyekt inşa edilir? - Açıqlama/FOTO
-
700 balın sirri: Niyə maksimum nəticə yoxdur?
-
Məsud Pezeşkian Xankəndiyə səfər edəcək - Bu tarixdə
-
Nohurqışlaqda meşədə köməksiz qalan şəxs xilas olundu - VİDEO
-
Azərbaycan səfiri Rusiya XİN-ə getdi - VİDEO
-
Səfərov qardaşları dəfn olundu - Fotolar
-
DTX əməliyyat keçirdi: Dövlətə xəyanət edən tutuldu
-
Lökbatanda beton zavodundan şikayət - VİDEO
-
Baş direktor vəzifədən azad edildi - Yeni təyinat
-
Azərbaycanda avro bahalaşdı - 4 ildən sonra
-
“Rusiya tərəfinin uydurduğu xəbər cəfəngiyyatdır“ - Seyfəddin Hüseynli
-
Tramp fərman imzaladı - Suriyaya qarşı sanksiyaları ləğv edildi
-
Bu gündən sosial müavinətlər və təqaüdlər artırılır - Fərman qüvvəyə minir
-
İnstaqramda kimlər nələr paylaşdı? - FOTOLAR
-
“Azərbaycan xalqına bir daha təşəkkürümü bildirmək istəyirəm“ - Ərdoğan
-
Mədəniyyət sektorunda yeni vergi güzəştlərinin tətbiqinə başlanılır - VİDEO
-
Uitkoff İranla müzakirələri davam etdirir - Ağ Ev
-
“NATO sammiti Ankarada keçiriləcək” - Ərdoğan
-
Arkadi Qukasyandan yeni ETİRAFLAR
-
İyulun 1-dən artırılan bəzi sosial müavinətlər nə qədər olacaq? - VİDEO
-
Hacı Zeynalabdin Tağıyev qəsəbəsində kanalizasiya problemi - VİDEO
-
Bu şəxslərə yeni mənzillər veriləcək - RƏSMİ
-
ABŞ və İsrailin İrana qarşı addımları bütün regionu təhlükəyə atıb - Pakistan XİN
-
Gömrükdə rüşvət qalmaqalı - Sabiq rəis 834 maşını ölkəyə necə keçirib?
-
Yekaterinburqda öldürülən azərbaycanlıların nəşi Vətənə gətirilib - VİDEO
-
Tələbələr üçün xoş xəbər: Müraciət vaxtı artırıldı
-
Deputatlar bu qanunlara dəyişiklik edəcək - SİYAHI
-
Fransanın radioaktiv tullantıları Azərbaycan sərhədində? - Xəzər üçün təhlükə
-
Azərbaycanda şok OLAY: 5 aylıq hamilə ola-ola başqasına ərə getdi - VİDEO
-
“Sputnik Azərbaycan”ın ofisində saxlanılanlar kimdir? - ADLAR
-
“Excelsior Hotel”də baş direktorla menecer arasında nə baş verir?
-
Bəylər Eyyubovun yerinə gələn Fərid Əsgərov kimdir? - DOSYE
-
“Kremlin yeni strateji hədəfi Odessadır“ - “Financial Times”
-
DİN-dən “Sputnik-Azərbaycan“dakı əməliyyatla bağlı açıqlama
-
Ərdoğan və Ersin Tatar Bakıya gəlir - Bu tarixdə
-
Bəylər Eyyubov vəzifədən azad edildi - Yerinə təyinat oldu
-
İyul ayında hava necə olacaq? - Aylıq proqnoz
-
Rusiya agentləri “Sputnik Azərbaycan“dan belə çıxarıldı - VİDEO
-
Elariz Məmmədoğlunun qızı məhkəmədə ifadə verdi - Milyonluq qalmaqallı iş üzrə
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“İran komandirləri yoxa çıxıblar” - “Washington Post“
-
Salyanda dəhşətli cinayət: gecəyarısı arvadını xəyanətdə günahlandırdı, sonra isə...
-
Həbs edilən şəxs Namiq Abdullayevin adından necə istifadə edib? - DƏLƏDUZLUQ İŞİ
-
“Cəlal Harutyunyana general-leytenant rütbəsini Sarkisyan verib“ - Arayik Harutyunyan
-
“Veysəloğlu”nun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində növbəti məhsuldar görüş AQİSA ilə keçirildi - FOTOLAR
-
“Türk vətəndaşı olmağı çox istərdim” - Montello ilə yeni müqavilə bağlanılıb
-
Qohum nikahların qarşısı necə alınacaq? - Nazirlikdən açıqlama
-
İran “Starlink“ə qadağa qoydu: İstifadə edənləri həbs gözləyir
-
Bakıda 400 nəfərin gizlənə biləcəyi yeraltı bunker: Harda yerləşir?
-
"QayMaq Premium Qida" şirkətinin kərə yağından sellofan çıxıb - Video
-
Sabahdan məktəbli formalarının qiyməti aşağı düşür - CƏDVƏL
-
Prezidentdən Fikrət Məmmədovla bağlı - Sərəncam
-
“TikTok” üçün çox varlı alıcılarımız var” - Tramp
-
Hərbi prokuror bayram günləri sərhədlərdə - FOTOLAR
-
Şuşa və Xankəndiyə səfərlər müvəqqəti dayandırılır - Səbəb açıqlandı
-
Vilayət Eyvazov Astarada vətəndaş qəbulu keçirəcək - Bu tarixdə
-
Cümşüdün batdığı kanal bu qurumun balansında olub - Baş Prokurorluğun məlumatı
-
“Sputnik-Azərbaycan” agentliyinin ofisində əməliyyat keçirilir
-
Azərbaycan İsrailə neft satışını dayandırıb - İxracın 95 faizi Avropa bazarlarına yönəldilib
-
Bakıda orta aylıq əməkhaqqı 1386 manatdır - Rəsmi
-
Çimərliklərdəki istirahət məkanlarında qiymətlə - VİDEO
-
“Ermənistanda kilsəyə yönələn hücumlar narahatlıq doğurur“ - Lavrov
-
Həyət evlərində qalanlar həşəratlara qarşı bu dərmanlardan istifadə etsinlər - VİDEO
-
Şamaxıda kişi qətlə yetirildi - 31 yaşlı kürəkəni tutuldu
-
Rusiya bu istiqamətdə 50 min hərbçi toplayıb - Ukraynanın işi çətindir
-
“Dedilər işə düzəlmək üçün 5 min manat pul lazımdır“ - Məhkəmə işi
-
Sabahdan bu sosial müavinətlər və Prezident təqaüdləri artırılacaq - SİYAHI
-
“İranın gizli nüvə obyekti ola bilər” – Tramp
-
Azərbaycanda bu şəxslərin nikahı qadağan ediləcək - Sabahdan
-
Qeyri-iş günü bir də dörd aydan sonra olacaq - TARİX
-
Maştağada kanalda antisanitar vəziyyət - VİDEO
-
Az maaş, çox tələb: Gənclər niyə iş tapa bilmirlər?
TOP 10
ARXİV