Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

ABŞ hökuməti fəaliyyətini rəsmən dayandırıb - Səbəb

Tarix 20.01.18, 15:12

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ-da gecə yarısı (Bakı vaxtı ilə səhər tezdən) maliyyələşmənin kəsilməsi səbəbi ilə federal hökumət fəaliyyətini dayandırıb.

APA-nın xəbərinə görə, Senatdakı demokratlar respublikaçıların bu barədə qanun layihəsi qəbul etməsini əngəlləyib. Hazırda Senatda tərəflər arasında danışıqlar davam edir.

Ağ Ev demokratların addımını “uğursuzların davranışı” kimi qiymətləndirib. “Demokratlar siyasi maraqlarını milli təhlükəsizlik maraqlarından, hərbçilərimizin ailələrinin, köməksiz uşaqların maraqlarından və bütün amerikalılara xidmət göstərmək imkanlarından üstün tutdular. Bu, qanunvericilərin davranışı yox, obstruksionist uğursuzların davranışıdır” , – deyə Ağ Evin rəsmi nümayəndəsi Sara Sanders bildirib.

Qeyd edək ki, daha əvvəl Konqresin Nümayəndələr Palatası 18 fevrala qədər qüvvədə olacaq müvəqqəti büdcə qəbul edib. Lakin Senatdakı demokratlar həmin büdcə layihəsini bloklayıb. Sənədin bəzi müddəaları 100 yerlik Senatda 60 səslə qəbul olunmalıdır, respublikaçı çoxluğun isə 51 səsi var. Demokratlar sənədə miqrasiya ilə bağlı müddəalar daxil edilməsini istəyir.

ABŞ azsaylı ölkələrdən biridir ki, hökumət büdcə olmadan tam fəaliyyət göstərə bilmir.



Xəbərin oxunma sayı : 148




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap