“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

“Ukraynanın əks-hücumu çox güclü olacaq” - MKİ-nin sabiq rəhbəri

Tarix 04.06.23, 14:04

Font ölçüsü : - / +
bitmap-img6


Amerikalı general, Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş direktoru Devid Petreus əmindir ki, Ukraynanın əks-hücum əməliyyatı çox güclü olacaq və bu zaman Ukrayna Müdafiə Qüvvələri “ümumqoşun effektinə nail olacaq”.

“Report” xəbər verir ki, bu barədə general “The Guardian”a danışıb.

“Hesab edirəm ki, əks-hücum çox güclü olacaq. Güman edirəm ki, onlar ümumqoşun effektinə nail olacaqlar, yəni ümumqoşun əməliyyatlarını uğurla həyata keçirəcəklər.

Ukrayna Müdafiə Qüvvələri ahəng və kompleks şəkildə işləyəcək. Onlar müxtəlif tapşırıqları yerinə yetirəcəklər. Onların arasında minatəmizləmə, yarmalar, qoşunları qorumaq üçün hava hücumundan müdafiə vasitələri var. Onlar radioelektron mübarizədən istifadə edəcək, logistikanı təşkil edəcək, artilleriya və minaatanların dəstəyi ilə işləyəcəklər”, - o vurğulayıb.

General əlavə edib ki, Ukrayna hərbçiləri “bütün ölkəni azad etmək niyyətindədirlər”.

Xatırladaq ki, daha öncə Ukrayna Prezidenti Volodimir Zelenski “The Wall Street Journal”a müsahibəsində ordusunun artıq əks-hücuma hazır olduğunu açıqlayıb.



Xəbərin oxunma sayı : 319




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap