Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Əsir düşən “Azovstal” müdafiəçisinin həyat yoldaşı: “Kişilər qolsuz, ayaqsız, kor qayıtdılar”

Tarix 02.07.22, 10:37

Font ölçüsü : - / +
bitmap-img6


Genişmiqyaslı hərbi əsir mübadiləsindən sonra 144 ukraynalı əsgər, o cümlədən “Azovstal”ın 95 müdafiəçisi vətənə qayıdıb. Bu əsgərlərin vəziyyəti olduqca ağırdır.

Hələ də əsirlikdə olan “Azovstal”ın müdafiəçisinin həyat yoldaşı Natalya Zaritskaya TSN telemarafonunun efirində vəziyyəti şərh edib.

“144 nəfər dəyişdirilib, onlardan 95-i “Azovstal”ın müdafiəçiləridir. Onlar ciddi xəsarətlər alıblar: əllərinin amputasiyası, görmə qabiliyyətinin olmaması, hər iki ayağının qəlpə yaraları, döş qəfəsindən güllə yarası, ağır yanıqlar... Onlar gücdən düşüblər, amma xoşbəxtdirlər”, - deyə Zaritskaya bildirib.

O, Ukraynanın Baş Kəşfiyyat İdarəsinə, bu mübadilədə iştirak edənlərin hamısına təşəkkürünü bildirib və həmçinin qeyd edib ki, Rusiya Federasiyası məhbus statusunu yalnız beynəlxalq Qırmızı Xaç təşkilatı vasitəsilə təsdiqləyir.

“Mənə təsdiq olundu ki, ərim hərbi əsirdir. “Azovstal”dan təxliyə ediləndən 4 gün sonra Cenevrədən Qırmızı Xaç Cəmiyyətinin nümayəndəsi mənə zəng vurub qeyd etdi ki, ərimin zavoddan çıxışını qeydə alıblar. Əvvəllər belə bir təsdiqim yox idi. İndi dəyişməni gözləyirəm”, - deyə o qeyd edib.

Qadın onu da əlavə edib ki, Rusiya Cenevrə Konvensiyasını kobud şəkildə pozur və bunun təsdiqi var.

“Onlarla əlaqə saxlamaq, bağlama göndərmək mümkün deyil. Döyüşçülər ağır vəziyyətdə qayıdırlar. Orada çubuqla döyülən qız var idi. Elə olur ki, insanları uzun müddət gözləri bağlı və ya başlarında torbalarla saxlayırlar və onlara danışmağı qadağan edirlər”, - deyə döyüşçünün həyat yoldaşı əlavə edib.

Xatırladaq ki, Cenevrə Konvensiyasına əsasən məhbusların həftədə iki dəfə qohumlarına zəng etmək hüququ var.

Lakin “Azovstal”dan olan hərbçilərin yaxınları döyüşçülər zavodu tərk etdikdən sonra onların səsini eşitməyiblər.

Mənbə: UNİAN



Xəbərin oxunma sayı : 514




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap