Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

İki universitetin yataqxanası fərqli model üzrə tikiləcək – Bakıda

Tarix 19.07.18, 2:53

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda iki universitetin yataqxana kompleksi “Tik–idarə et–təhvil ver” modeli əsasında inşa olunacaq.

Trend-in məlumatına görə, bu barədə “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”nin icra vəziyyəti üzrə hesabatda deyilir.

Qeyd olunur ki, tədbirin icrası məqsədilə dövlət-özəl sektor tərəfdaşlığı ilə bağlı bir sıra ölkələrin təcrübəsi öyrənilərək təhlil edilib, eləcə də bu sahədə ölkəmizdə mövcud vəziyyət və sözügedən sahəni tənzimləyən milli qanunvericilik sistemi araşdırılıb. Araşdırmaların nəticəsi olaraq, ölkədə dövlət-özəl sektor tərəfdaşlığının inkişafı ilə bağlı konsepsiya layihəsi hazırlanıb. “Tik–idarə et–təhvil ver” modeli (“TİT” modeli) əsasında layihələrin həyata keçirilməsi ilə əlaqədar müvafiq işlər görülüb, bu sahədə müxtəlif ölkələrin təcrübəsi öyrənilərək təhlil edilib.

“TİT” modeli çərçivəsində həyata keçirilməsi mümkün ola biləcək layihə müəyyən edilib, müvafiq texniki iqtisadi əsaslandırmanın və digər aidiyyəti sənədlərin hazırlanması üçün zəruri işlərin görülməsinə başlanılıb.

Həmçinin ADNSU və BDU-nun tələbələri üçün yataqxana komplekslərinin tikintisinin “TİT” modeli çərçivəsində həyata keçirilməsi pilot layihələr olaraq müəyyənləşdirilib.




Xəbərin oxunma sayı : 418




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap