“Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

Çin hökumətindən uyğurlara növbəti qadağa - “Müsəlman ölkələrə səfər etmək olmaz”

Tarix 04.02.25, 14:43

Font ölçüsü : - / +
bitmap-img6


Pekin uyğurların ölkədən çıxışını özbaşına şəkildə əngəlləməklə beynəlxalq hüququ növbəti dəfə pozur.

“AzPolitika” xəbər verir ki, bu barədə “Human Rights Watch” (HRW) təşkilatının hesabatında deyilir.

Belə ki, Çin hökuməti uyğurların Türkiyə kimi, müsəlman əhalinin çoxluq təşkil ediyi ölkələrə getməsinə qadağa qoyub. Çinin basqılarına görə uyğurların yalnız Qazaxıstan kimi bəzi ölkələrə iş üçün getməsinə icazə verilir, lakin digər müsəlman ölkələrinə səyahət tamamilə qadağandır.

Pekin hökuməti uyğurların ölkəni tərk etməsinə mane olmaqla yanaşı, onların Çində qalan ailə üzvlərini də “girov” saxlayır və xaricə gedənləri geri qayıtmağa məcbur etmək üçün onlardan hədə kimi istifadə edir. Uyğurların çoxu Türkiyəyə getmək istəyəndə pasportlarının əlindən alındığını deyir. Çin hətta Türkiyəyə getməyə çalışan uyğurların yaxınlarına da təzyiq göstərir.

“HRW-nin hesabatına görə, bir uyğurun qohumuna polis onun fotosunu göstərib və "Bu şəxsi tanıyırsan?" soruşuldu. Qohumu “hə” cavabını verəndə ona “Onda pasportları unut” deyiblər.

Pekinin uyğurlara təzyiqi BMT-nin Sincandakı konsentrasiya düşərgələri ilə bağlı dərc etdiyi hesabatlarla üst-üstə düşür.

2017-ci ildən bəri Çin 1 milyondan çox uyğur və müsəlman azlıqları “yenidən təhsil mərkəzləri” kimi xarakterizə etdiyi həbs düşərgələrində saxlayıb. Lakin beynəlxalq insan haqları təşkilatlarına görə, bu düşərgələrdə işgəncə, məcburi əmək və mədəni assimilyasiya siyasəti həyata keçirilir.

Çin administrasiyası Türkiyəyə köçən uyğurların Pekin əleyhinə fəaliyyət göstərdiyini iddia edərək beynəlxalq ictimai rəyi manipulyasiya etməyə çalışır. “Human Rights Watch” təşkilatı bildirib ki, Pekin uyğurların sadəcə öz yaxınları ilə əlaqə saxlamasına mane olub və hətta bəzilərini zorla Çinə qaytarmağa cəhd edib.



Xəbərin oxunma sayı : 1114




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap