Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Gələcəkdə buraxılış imtahanlarının nəticələri 2 il qüvvədə olacaq” –DİM sədri

Tarix 17.04.18, 18:26

Font ölçüsü : - / +
bitmap-img6


“Gələcəkdə buraxılış imtahanlarının nəticələrinin ən azı 2 il qüvvədə olması nəzərdə tutulur”.

Bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, ümumilikdə hər il qəbul imtahanlarında iştirak edənlər əsasən cari ilin məzunları olurlar: “Əgər əvvəlki ilin məzunları ali məktəbə qəbul olunmaq üçün orta məktəbi bitirdikləri ildə deyil, bir neçə ildən sonra qəbul imtahanında iştirak etmək istəyirlərsə, o zaman həmin ilin tədris proqramları ilə tanış olmalıdırlar”.

M.Abbaszadə xatırladıb ki, hazırda 9-cu sinfi bitirə bilməyən şagirdlər üçün ayrıca buraxılış imtahanı təşkil olunur: “Əgər cari ilin məzunları üçün buraxılış imtahanları müxtəlif istiqamətlər üzrə ayrı-ayrı tarixlərdə fərqli rayonlarda keçirilirsə, əlavə olaraq əvvəlki illərin məzunları üçün də buraxılış imtahanları keçirilir”.

2019-cu ilin buraxılış imtahanlarının cədvəlinin hələlik məlum olmadığını deyən DİM sədri əlavə edib ki, əvvəlki illərin məzunları da cari ilin məzunları kimi ali məktəblərə qəbul üçün iki mərhələli imtahanda- buraxılış və qəbul imtahanlarında iştirak etməlidirlər: “Bu qayda gələn il də qüvvədə olacaq. Bir neçə ildən sonra buraxılış imtahanlarının nəticələrinin ən azı iki il qüvvədə olması nəzərdə tutulur. Ancaq bunun üçün vaxt lazımdır”.

Report



Xəbərin oxunma sayı : 409




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap