“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“COVID-19 Çin laboratoriyasında yaradılıb“ - ABŞ hesabat yayıb

Tarix 03.12.24, 13:14

Font ölçüsü : - / +
bitmap-img6


COVID-19 virusu çox güman Uhandakı Çin laboratoriyasında yaradılıb və oradan sızıb.

APA xəbər verir ki, bu barədə məlumat ABŞ Nümayəndələr Palatasının Koronavirusla Mübarizə Komitəsinin hesabatında yer alıb.

Hesabata əsasən, Çinin aparıcı laboratoriyalarından biri olan WIV SARS-CoV-2-yə oxşar virusların tədqiq edildiyi Uhanda yerləşir.

Hazırlanması iki il davam edən hesabatda pandemiyaya federal və əyalət səviyyəsində cavab tədbirləri, həmçinin onun mənşəyi və peyvənd cəhdləri nəzərdən keçirilib.

"Bu hesabat ABŞ-yə və dünyaya növbəti pandemiyanı proqnozlaşdırmağa, növbəti pandemiyaya hazırlaşmağa, özümüzü növbəti pandemiyadan qorumağa və növbəti pandemiyanın qarşısını almağa kömək edəcək" - deyə Respublikaçı sədr Brad Wenstrup Konqresə göndərdiyi məktubda qeyd edib.

Hesabatın başlıq nəticələri arasında ABŞ Milli Sağlamlıq İnstitutunun (NIS) epidemiya başlamazdan əvvəl Çinin Wuhan Virusologiya İnstitutunda viruslarla mübarizə yollarını tapmaq üçün gücləndirən mübahisəli "funksiya qazanma" tədqiqatını maliyyələşdirməsi də var.

Koronavirus sürətlə bütün dünyaya yayılaraq, 7 milyondan çox insanın ölümünə səbəb olub. Pandemiya səbəbindən ölkələr sərhədləri bağlayaraq qaratın elan edib, qlobal iqtisadiyyatda qarışıqlıq yaranıb.

ABŞ federal agentlikləri, Ümumdünya Səhiyyə Təşkilatı və dünya üzrə elm adamları COVID-19-un mənşəyini müəyyən etməyə çalışsalar da, konsensus əldə olunmayıb.





Xəbərin oxunma sayı : 733




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap