Afaq gecə xalatında pozalar verdi - VİDEO Röyanın “Halloween” tərzi - Fotolar Günelin təsbehi türk mediasının gündəmində - FOTO Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO
Axtar
 
  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

  • / Maqazin / — 22 Oktyabr 2024

    Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO

  • / Maqazin / — 21 Oktyabr 2024

    Günay İbrahimlinin sevgilisi ilə görüntüləndi - VİDEO

  • / Maqazin / — 02 Oktyabr 2024

    Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO

“Beynəlxalq Bank“ın sədrinin “sağ əl“i niyə saxlanılıb? - Detallar

Tarix 02.11.24, 16:26

Font ölçüsü : - / +
bitmap-img6


"Azərbaycan Beynəlxalq Bank"nın (ABB) İdarə Heyəti sədri Abbas İbrahimovun işlərini həyata keçirən bankir həbs edilib.

Məlumata görə, hüquq-mühafizə orqanları tərəfindən 2021-2023-cü illərdə "Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətinin (ASC) İnzibati İdarəetmə Departamentinin Nəqliyyat şöbəsində mütəxəssis vəzifəsində işləmiş Natiq B. saxlanılıb.

Həmin illərdə Natiq B.-yə hərraclarda bankı təmsil etmək üçün İdarə Heyəti sədrinin adından etibarnamə verilib. O, banka məxsus 6 avtomobili 68.550 manata hərraca çıxarıb. Hərracların təşkilində saxtakarlıq edərək, qabaqcadan tanıdığı şəxsləri hərracların qalibi edib.

Belə ki, Natiq B. "Panorama Travel" səyahət agentliyinin rəhbəri (qanuni təmsilçisi Əskərli İlqar Şahverən oğlu) və digər şəxslərlə əvvəlcədən razılaşaraq, avtomobilləri onlara hərrac vasitəsi ilə satıb. Həmin şəxslər hərracda iştirak etmək üçün avtomobillərin ümumi dəyərinin 10 fazini banka köçürüblər.

Natiq B. yerdə qalan 48.550 manat məbləğində pulu özünə götürərək mənimsəyib. Banka ödəniş edilməsinə dair saxta kassa məxadil orderləri hazırlayaraq, işlədiyi departamentə təqdim edib. Bankın vəzifəli şəxsi əldə etdiyi pulun bir qismini iri buynuzlu heyvan almağa sərf edib. Cinayətin üstü açıldıqdan sonra götürdüyü pulun 20 min manatını banka qaytarıb.

Məhkəmədə təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək deyib ki, hərracda iştirak edən şəxslər nəzərdə tutulan vəsaiti ödəmədikləri üçün banka ödəniş edə bilməyib. O, təşkil etdiyi hərraclarda saxtakarlığın üstü açılmasın deyə saxta kassa məxadil orderləri hazırlayaraq işlədiyi departamentə təqdim edib.

Məhkəmənin qərarı ilə Natiq B. Cinayət Məcəlləsinin 179.3.2 və 313-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinərək, 6 il 6 ay müddətə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından həbs olunub(Qaynarinfo).



Xəbərin oxunma sayı : 1303




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap