“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Bank Avrasiya“nın xalis mənfəəti 3 mln. manata yaxın azalıb - HESABAT

Tarix 16.01.25, 15:32

Font ölçüsü : - / +
bitmap-img6


"Bank Avrasiya" 2024-cü il üzrə maliyyə hesabatlarını açıqlayıb.

“APA-Economics” xəbər verir ki, bank 2024-cü ili 3,93 milyon manat xalis mənfəətlə başa vurub. Bu isə 2023-cü ilə nisbətən 41% və ya 2,69 milyon manat azdır. 2023-cü ildə bank 6,62 milyon manat xalis mənfəət əldə etmişdi.

Hesabat dövründə bankın faiz gəlirləri 4,2% azalaraq 15,11 milyon manat, faiz xərcləri isə 27,4% azalaraq 2,27 milyon manat təşkil edib. Bu dövrdə bankın qeyri-faiz gəlirləri 2,61 milyon manata ( illik müqayisədə 11,8% çox), qeyri-faiz xərcləri isə 8,82 milyon manata ( illik müqayisədə 4,7% çox) bərabər olub. Beləliklə bank bu dövrdə 5,65 milyon manat əməliyyat mənfəəti əldə edib ki, bu da illik müqayisədə 13% və ya 829,9 min manat azdır.

Bu ilin yanvar ayının 1-nə bankın aktivləri ilin əvvəli ilə müqayisədə 9% və ya 16,44 milyon manat artaraq 200,97 milyon manata çatıb. Ötən il "Bank Avrasiya"nın kredit portfeli (müştərilərə verilmiş xalis kreditlər) isə 1,09 milyon manat azalaraq 123,03 milyon manata bərabər olub.

Bu dövrdə "Bank Avrasiya"nın cəmi öhdəlikləri 116,3 milyon manat təşkil edib ki, bu da 2023-cü ilə nisbətən 12% və ya 12,2 milyon manat çoxdur. Bankın ümumi depozit portfeli isə bu dövrdə 30% artaraq 63 milyon manata çatıb.

2025-cü il yanvarın 1-nə "Bank Avrasiya"nın cəmi kapitalı ilin əvvəli ilə müqayisədə 5,2% və ya 4,2 milyon manat artaraq 84,64 milyon manat təşkil edib.



Xəbərin oxunma sayı : 1027




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap