Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO “İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri 52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO Model Günay Musayeva çimərlik geyimində - Fotolar
Axtar
 
  • / Maqazin / — 27 Yanvar 2025

    Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO

  • / Maqazin / — 23 Yanvar 2025

    “İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri

  • / Maqazin / — 17 Yanvar 2025

    52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO

  • / Maqazin / — 10 Yanvar 2025

    Model Günay Musayeva çimərlik geyimində - Fotolar

  • / Maqazin / — 01 Yanvar 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşırdı - VİDEO

  • / Maqazin / — 20 Dekabr 2024

    Model Səmra çılpaq şəkli ilə gündəm oldu - FOTO

“Avion Travel“in rəhbəri məhkəmə qarşısında - Yarım milyonluq dələduzluq işi

Tarix 21.01.25, 19:28

Font ölçüsü : - / +
bitmap-img6


"Avion Travel” şirkətinin rəhbəri Lalə Rəcəbovanın cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Qaynarinfo-nun məlumatına görə, iş baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

Yanvarın 23-nə iş üzrə məhkəmə hazırlıq iclası təyin edilib. İclas hakim Elməddin Hüseynovun sədrliyi ilə keçiriləcək.

Lalə Rəcəbova Cinayət Məcəlləsinin 178.2.2-ci (Dələduzluq - təkrar törədildikdə) maddəsi ilə mühakimə olunacaq.

Lalə Rəcəbovadan şikayətçi olanlar mediaya bildiriblər ki, "Avion Travel" şirkətinə Avropada iş üçün müraciət ediblər.

"2023-cü ilin mayın 4-də "Avion Travel” şirkətinə Avropada işlə təmin olunmaqla əlaqədar müraciət etdim. Şirkətdə mənə vəd etdilər ki, 6 ay ərzində Avropaya işləməyə gedəcəksən. Müqavilə imzalanandan sonra onlara 3000 manat ödədim. Müqavilənin müddəti bitib, hətta üzərindən bir ilə yaxın vaxt keçib, lakin pullarımı geri qaytarmırlar”, deyə Vələd Bayramov bildirib.

İş üzrə ümumilikdə 220 nəfər zərərçəkmiş qismində tanınıb. Lalə Rəcəbovan ötən il polis tərəfindən saxlanılıb. Həmin vaxt DİN-nin yaydığı açıqlamadan məlum olur ki, o, vətəndaşlara toplam olaraq 498 175 manat zərər vurub.



Xəbərin oxunma sayı : 991




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap