“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“İtaliya Avropa İttifaqı məkanında Azərbaycanın ən yaxın tərəfdaşıdır“ - Prezident

Tarix 18.02.23, 15:36

Font ölçüsü : - / +
bitmap-img6


Prezident İlham Əliyev İtaliyanı Avropa İttifaqı məkanında Azərbaycanın ən yaxın tərəfdaşı adlandırıb.

"Report" xəbər verir ki, bunu dövlət başçısı fevralın 18-də Münxendə İtaliyanın "Leonardo" şirkətinin baş icraçı direktoru Alessandro Profumo ilə görüşdə söyləyib.

Görüşdə Prezident İlham Əliyev Azərbaycan ilə İtaliya arasında strateji tərəfdaşlıq münasibətlərinin olduğunu qeyd edib, İtaliyaya dövlət və rəsmi səfərlərini məmnunluqla xatırlayıb.

İtaliyanın Avropa İttifaqı məkanında ölkəmizin ən yaxın tərəfdaşı olduğunu deyən dövlət başçısı son aylar ərzində İtaliyanın üç nazirinin Azərbaycana səfərinin əlaqələrimizin inkişafının real göstəricisi olduğunu vurğulayıb, bu xüsusda ölkəmizin İtaliyanın aparıcı şirkətlərindən olan "Leonardo" şirkəti ilə əməkdaşlığa xüsusi önəm verdiyini qeyd edib.

Azərbaycan Prezidenti müdafiə sənayesi sahəsində mövcud olan əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.



Xəbərin oxunma sayı : 898




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap