Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO “İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri 52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO Model Günay Musayeva çimərlik geyimində - Fotolar
Axtar
 
  • / Maqazin / — 27 Yanvar 2025

    Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO

  • / Maqazin / — 23 Yanvar 2025

    “İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri

  • / Maqazin / — 17 Yanvar 2025

    52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO

  • / Maqazin / — 10 Yanvar 2025

    Model Günay Musayeva çimərlik geyimində - Fotolar

  • / Maqazin / — 01 Yanvar 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşırdı - VİDEO

  • / Maqazin / — 20 Dekabr 2024

    Model Səmra çılpaq şəkli ilə gündəm oldu - FOTO

“Çinar Park” icarə haqqını 19% qaldırdı - Nazirlik bu dəfə 1,6 milyon ödəyəcək

Tarix 21.01.25, 15:33

Font ölçüsü : - / +
bitmap-img6


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi ofis və anbar sahəsinin icarəyə götürülməsi ilə bağlı tender müsabiqəsinə yekun vurub.

Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin qalibi “Çinar Park” MMC (VÖEN – 1500764231) olub.
Bildirilir ki, Agentlik 3 200 kv. metr ofisin və 200 kv. metr anbarın 2 il (24 ay) müddətinə icarəsi üçün qarşı tərəfə 1 milyon 550 min 390 manat 86 qəpik ödəyəcək.

Qeyd edək ki, Sosial Xidmətlər Agentliyi ofis və anbar sahəsini ötən il də “Çinar Park” MMC-dən icarəyə götürüb və bir il üçün 652 min 832 manat 64 qəpik icarə haqqı ödəyib.
Açıqlanan məlumatlardan da göründyü kimi, ötən illə müqayisədə “Çinar Park” MMC-nin Agentliyə icarəyə verdiyi ofis və anbar sahəsinin qiyməti 18,7% və ya 122 min 362 manat 79 qəpik artıb.

Onu da qeyd edək ki, daha əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət soail Müdafiə Fondu (DSMF) Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialı üçün “Çinar Park” MMC-dən 1 200 kv. metr ofis sahəsini 3 il müddətinə icarəyə götürüb və 561 min 599 manat 90 qəpik ödəyib.



Xəbərin oxunma sayı : 850




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap