Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

Zaur Mikayılovla Xanlar Fətiyev arasında 746 minlik sövdələşmə - Maraqlı iddialar yayıldı

Tarix 24.10.25, 17:16

Font ölçüsü : - / +
bitmap-img6


SEDAM” MMC 746 000 manatlıq qazma aqretatı alır.

AzFakt.com Reportyor.info-ya istinadla xəbər verir ki, MMC bununla bağlı keçirdiyi tenderə yekun vurub. Tenderin qalibi “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi seçilib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə “Gəncə Avtomobil Zavodu” MMC-nin 11 oktyabr 2004-cü ildə qeydiyyata alınıb. Hüquqi ünvanı Gəncə şəhəri S.Rəhimov küçəsi, ev 1-də yerləşən zavodun qanuni təmsilçisi Əliyev Amin Allahverdi oğludur.

Amin Əliyev zavodda direktor vəzifəsində çalışır. O, bu vəzifəyə 2023-cü ildə təyin olunub. Ondan əvvəl zavoda Bağban Nəbiyev rəhbərlik edib. Amin Əliyev isə onun müavini olub.

Lakin araşdırmalarımız zamanı məlum olub ki, bu şəxslərin heç biri zavodun sahibi deyil. “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin faktiki sahibi kimi Xanlar Fətiyevin adı çəkilir. Xanlar Fətiyev Gəncədə tanınmış iş adamıdır. O, Milli Məclisin deputatıdır.

Xanlar Fətiyev hazırda “Gəncə Avtomobil Zavoud” İstehsalat Birliyinin Müşahidə Şurasının sədridir. O, 2004-2011-ci illərdə zavodun direktoru vəzifəsində çalışıb.

Bu faktlar onunla bağlı bioqrafik məlumatlarda əksini tapıb.

Xanlar Fətiyevin biznesmen kimi karyerasına 1992-ci ildən başlayıb. O, 1992-ci ildən «Betonçu» kooperativinin mühəndisi, sədri, 1994-cü ildən «Elruz» kiçik müəssisəsinin sədri, 1997- ci ildən «Avestas» firmasının baş direktoru, 2003-cü ildən «Aznur» Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru vəzifəsində işləyib.

Hazırda da bu şirkətlərin onun nəzarətində olduğu ehtimal olunur.

Azərbaycan qanunvericiliyinə görə deputatın bizneslə məşğul olması yasaqdır.

Xanlar Fətiyevin zavodundan 746 000 manatlıq aqreqat alan “SEDAM” MMC-yə gəlincə, bu təsisat Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin tabeliyində fəaliyyət göstərir.

“SEDAM” MMC 2024-cü ildə yaradılıb. Bu, Zaur Mikayılovun ADSEA-nın rəhbərliyinə təyinatından sonra baş verib.

Zaur Mikayılov ADSEA-nın sədri vəzifəsinə təyin olunandan az sonra qurumda kütəliv ixtisarların başladığı barədə məlumat yayılmışdı.

“SEDAM” MMC-nin yaradılması ilə də 400-ə yaxın işçi ixtisara düşmüşdü. Bu barədə mediada da məlumatlara rast gəlinir.

Zaur Mikayılov bir müddət əvvəl qudalarını ADSEA-da yüksək vəzifələrə təyin etməsi ilə gündəmə gəlmişdi. Bundan sonra onun fəaliyyəti medianın diqqət mərkəzinə gəlib.

P.S. Zaur Mikayılovun qudası Fuad Quliyevə yaxın şəxslərdən biri media rəhbərlərindən birini koordinasiya edir. Həmin şəxsin və redaktorun kimliyi də bizə bəllidir. Müəyyən dəqiqləşdirmələr apardıqdan sonra növbəti materiala bu faktı da əlavə edəcəyik.



Xəbərin oxunma sayı : 1078




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap