“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Səfər Əbiyevin oğlu dələduz çıxdı - 20 nəfər şikayətçi var

Tarix 22.01.26, 21:16

Font ölçüsü : - / +
bitmap-img6


Keçmiş müdafiə naziri Səfər Əbiyevin oğlu Roman Əbiyevin 20 nəfərə borcu var...

AzFakt.com Bakupost.az-a istinadən xəbər verir ki, müraciət edən zərərçəkənlərin bildirdiyinə görə, onlar Roman Əbiyevə məxsus və onun tərəfindən idarə olunan “Alatava Pub” obyektini uzun müddət ərzaq məhsulları ilə təmin ediblər. Lakin təxminən bir ilə yaxındır ki, ödənişlər demək olar ki, dayandırılıb.



Şikayətçilərin sözlərinə görə, hazırda sabiq nazirin oğlundan 20 şəxsin alacağı var və ümumi borc məbləği təxminən 119 min 500 manat təşkil edir. Onlar iddia edirlər ki, Roman Əbiyev obyektə tez-tez gəlsə də, onunla birbaşa görüşmək mümkün olmur.

Bildirilir ki, danışıqlar əsasən restoranın meneceri Aynurə Seyidova adlı şəxs vasitəsilə aparılıb. O da əvvəlcə vaxt istəyib, sonradan isə borcun ödənliməsindən imtina edib. Məsələ ilə bağlı Aynurə Seyidova Bakupost.az-a açıqlamasında bildirib ki, qeyd olunan borc yeni məsələ deyil və ödənişlərin gecikməsi restoranın fəaliyyətinin ciddi şəkildə zəifləməsi ilə əlaqədardır. 

Onun sözlərinə görə, yaranmış vəziyyətdən Roman Əbiyevin də məlumatı var: “Bu, çoxdanın məsələsidir. Təəssüf ki, hazırda borcu ödəməyə imkan yoxdur. Restoranın işi xeyli zəifləyib. Məncə bizim rəhbərliyin də pulu yoxdu ki, borcları ödəsin və bizi bu bəladan qurtarsın”.






Xəbərin oxunma sayı : 1327




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap