“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Putin Qrenlandiyaya qiymət qoydu - 1 milyard dollara qədər...

Tarix 22.01.26, 11:49

Font ölçüsü : - / +
bitmap-img6


Rusiya Prezidenti Vladimir Putin Qrenlandiyanın ABŞ tərəfindən Alyaskaya ödənilən məbləğlə müqayisədə təxminən 200-250 milyon dollar dəyərində olduğunu bildirib.

Bu barədə Kreml açıqlama yayıb.

Qeyd edilib ki, Putin Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə onlayn görüşdə ABŞ və Danimarka barədə məsələlərə toxunub. Prezident keçmişdə ABŞ ilə Alyaskaya dair razılığa gəldiklərini xatırladıb: “1867-ci ildə ABŞ ilə oxşar məsələləri həll etmişik. Məlum olduğu kimi, Rusiya Alyaskanı ABŞ-yə satıb. Alyaska 1.717.000 kvadrat kilometr əraziyə malikdir və o zaman ABŞ-yə 7,2 milyon dollara satılıb. Bugünkü inflyasiya ilə bu məbləğ təxminən 158 milyon dollara bərabərdir”.

Putin Qrenlandiyanın ərazisinin təxminən 2.166.000 kvadrat kilometr olduğunu qeyd edib: “Bunu Alyaskanın satışı ilə müqayisə etsək, Qrenlandiyanın qiyməti təxminən 200-250 milyon dollar olardı”.

Rusiya Prezidenti ABŞ və Danimarkanın məsələləri öz aralarında həll etməli olduqlarını vurğulayıb: “Danimarka həmişə Qrenlandiyanı bir müstəmləkə kimi görüb və ona sərt, hətta qəddarcasına yanaşıb. Amma düşünmürəm ki, hazırda heç kim bununla maraqlanmır”.

Putin Trampın diqqətində olan Qrenlandiya məsələsinin Rusiya üçün prioritet olmadığını da sözlərinə əlavə edib.



Xəbərin oxunma sayı : 1351




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap