“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Sənədsiz evlərə çıxarışla bağlı amnistiya təklif edildi - “2026-cı il tarixi qərarlar üçün fürsətdir”

Tarix 27.11.26, 15:27

Font ölçüsü : - / +
bitmap-img6


Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin bu gün keçirilən plenar iclasında daşınmaz əmlakın dövlət qeydiyyatı və sənədsiz evlər probleminin həlli ilə bağlı geniş çıxış edib.

“AzPolitika” xəbər verir ki, deputat Mülki Məcəllənin 139-1-ci və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddələrinə təklif olunan dəyişiklikləri dövlətin həyata keçirdiyi növbəti əmlak amnistiyası siyasətinin nümunəsi kimi qiymətləndirib. Dəyişikliyə əsasən, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 2015-ci il fevralın 6-dək tərtib olunmuş torpaq sahəsinin planı və ölçüsü sənədləri müəyyən edilmiş hallarda dövlət qeydiyyatının hüquqi əsasına çevriləcək.Komitə sədri qeyd edib ki, 2006-cı il iyulun 6-dək torpaq islahatı çərçivəsində həyətyanı sahələr alan vətəndaşların bir qisminə şəhadətnamə, digərlərinə isə yalnız plan-ölçü sənədi verildiyindən eyni hüquqi əsaslı insanlar arasında fərqli vəziyyət yaranmışdı və yeni layihə bu uyğunsuzluğu aradan qaldırır.Bununla belə, deputat layihədə qərarın neçə vətəndaşı əhatə edəcəyinə dair konkret statistik məlumatların yer almasına ehtiyac olduğunu bildirib.Prezident İlham Əliyevin uzun illərdir bu sahədə ardıcıl sosial-hüquqi islahatlar apardığını xatırladan Z. Oruc bu istiqamətdə atılan əsas addımları diqqətə çatdırıb: "2011-ci ildə Bakı Şəhər İcra Hakimiyyətindəki müşavirədən sonra paytaxt və ətraf qəsəbələrdə 114 minə yaxın vətəndaşın əmlak hüququ tanınıb. 2015-ci ildə Prezidentin 13 yanvar tarixli Fərmanı ilə Sovet dövründən qalan sənədlər qeydiyyat üçün hüquqi əsas kimi qəbul edilib.2023-cü ilin 14 iyun Fərmanı ilə 40 mindən çox qeyri-yaşayış tikilisinin rəsmiləşdirilməsi üçün xüsusi mexanizm yaradılıb. Həmçinin 2025-ci il 16 iyul Fərmanı ilə 2001-ci il yanvarın 1-dək verilmiş torpaq ayırma qərarları, təsərrüfatbaşı kitablarından çıxarışlar, texniki pasportlar və sovxoz direktorunun əmri qeydiyyat üçün əsas sayılıb".Bununla yanaşı, deputat 2023-cü il Fərmanının icrasında ləngimələrin olduğunu vurğulayıb. Belə ki, 2025-ci ilin oktyabrınadək daxil olan təxminən 19 min müraciətdən yalnız 4 minə yaxını reyestrdə qeydiyyata alınıb. Z. Orucun sözlərinə görə, dövlət qurumları arasında məlumat mübadiləsinin aylarla uzanması, qeyri-məhdud yoxlamalar və texniki rəylər prosesi ləngidir.O, Əmlak Məsələləri Dövlət Xidmətinin elektron qeydiyyat və vahid kadastr sistemi sahəsindəki fəaliyyətini müsbət dəyərləndirərək, 2025-ci ildə ölkə üzrə 364 min 136 daşınmaz əmlak obyektinin (70 min 596 ilkin, 293 min 540 təkrar) qeydiyyata alındığını qeyd edib. Xidmət rəisi Mətin Eynullayevin açıqlamasına istinad edən deputat müraciətlərin 70 faizindən çoxunun kənd təsərrüfatı təyinatlı torpaqlarda salınmış yaşayış massivləri ilə bağlı olduğunu diqqətə çatdırıb.Komitə sədri sənədsiz əmlakın vətəndaşları vərəsəlik, alqı-satqı, kredit girovu və kommunal xidmətlərdən (2023-cü ildən sonra tikilənlər üçün) məhrum etdiyini bildirərək, Bakı və Abşeronda aparılmış son araşdırmanın nəticələrini açıqlayıb: "Ailələrin 33,2 faizi bu evlərdə 20 ildən artıq, 36,8 faizi isə 10–20 ildir yaşayır (təxminən 70 faizi 10 ildən çoxdur eyni ünvanda məskunlaşıb).Sakinlərin 27,9 faizinin aylıq gəliri 400 manat və ondan aşağı, 35,6 faizinin isə 400–1000 manat arasındadır.Evlərin 81 faizi birmərtəbəlidir, əksəriyyəti 51–150 kv.m sahəyə malikdir. Onların 60 faizini sakinlər özləri tikib, 27 faizini isə satın alıb.2023-cü ilədək tikilən evlərin 100 faizinə elektrik, 98 faizinə qaz, 88 faizinə su xətti çəkilib, lakin yalnız 47 faizi mərkəzləşdirilmiş kanalizasiyaya qoşulub".Problemin həlli üçün bütün sənədsiz tikililərə eyni yanaşmanın mümkünsüz olduğunu deyən Zahid Oruc onları üç kateqoriyaya (qanuni əsasla alınıb sənədi tam rəsmiləşməyənlər; torpaq sənədi olub tikinti sənədi olmayanlar; dövlət, bələdiyyə və kənd təsərrüfatı torpaqlarında icazəsiz tikilənlər) ayırmağı təklif edib.Çıxışının sonunda deputat ölkədə mərhələli əmlak amnistiyasına və vahid dövlət proqramına ehtiyac olduğunu bəyan edib. O bildirib ki, bütün sənədsiz evlər və torpaqlar vahid bazada inventarlaşdırılmalı, yararlı olanlar məhkəməyə getmədən sadələşdirilmiş qaydada rəsmiləşdirilməli, mühafizə zonaları və təhlükəli ərazilərdəki tikililər amnistiyadan kənarda saxlanılaraq sakinlərə alternativlər təklif edilməlidir. Z. Oruc 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunmasının bu sahədə tarixi qərarlar qəbul etmək üçün mühüm fürsət yaratdığını vurğulayıb.



Xəbərin oxunma sayı : 208




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap