“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Vahid Ələkbərovun şirkəti “Şahdəniz“dən çıxır - Nə baş verir?

Tarix 27.11.26, 11:19

Font ölçüsü : - / +
bitmap-img6


Rusiyanın neft nəhəngi “Lukoyl” Azərbaycanın “Şahdəniz” qaz-kondensat yatağındakı 19,99%-lik iştirak payından ayrıla bilər. Şirkətin beynəlxalq enerji aktivlərinin alınması ilə bağlı ABŞ milyarderi Todd Boelinin rəhbərlik etdiyi konsorsiumla razılaşma imzalanıb. Musavat.com xəbər verir ki, bu barədə “Röyters” agentliyi milyarderə və ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının (DFC) nümayəndəsinə istinadən məlumat yayıb.

Italy could nationalise Lukoil refinery, sources say | Reuters

Şirkətin “Şahdəniz” qaz-kondensat yatağındakı 19,99 faizlik iştirak payının taleyi, satış prosesində digər tərəfdaşların üstün alım hüququ və bu dəyişikliklərin Azərbaycanın qaz layihələrinə təsiri maraq doğurur. Sanksiyalar fonunda baş verən bu proses ölkənin enerji strategiyası və investisiya mühiti baxımından da əhəmiyyətlidir.

Yeri gəlmişkən, “Lukoyl"un azərbaycanlı təsisçisi Vahid Ələkbərov “İnterfaks”a bildirib ki, şirkətin beynəlxalq bazarı tərk etməsi öz təşəbbüsü ilə deyil, siyasi amillərlə bağlıdır. Onun sözlərinə görə, "LUKOyL"un beynəlxalq bazara yenidən qayıtmaq imkanları qalır.

Qeyd edək ki, Avropa İttifaqında Rusiyanın milyarderlərinə qarşı sanksiyaların müzakirəsi zamanı Vahid Ələkbərovun da adı gündəmə gəlib. Onun sanksiya siyahısına daxil edilməsi təklifinə Bolqarıstan etiraz edib. Bolqarıstan Ələkbərovun ölkənin neft sektoruna yatırdığı investisiyaları əsas gətirərək bu qərara qarşı çıxıb. Beləliklə, rusiyalı milyarderin Avropadakı biznes maraqları və ona göstərilən siyasi dəstək məsələsi diqqət mərkəzinə düşüb.

Maraqlıdır, “Lukoyl”un “Şahdəniz”dəki payının satılması Azərbaycanın enerji layihələrinə və iqtisadi maraqlarına necə təsir edə bilər?

Maaşlar artırılacaq? Kəskin artım realdır? - Açıqlandı


İqtisadçı Xalid Kərimli Musavat.com-a bildirib ki, “Lukoyl”un layihədən çıxmasının səbəbi Azərbaycanla bağlı deyil, Rusiyanın şirkətlərinə tətbiq olunan beynəlxalq sanksiyalarla əlaqədardır:“ “Ona görə də bu, obyektiv səbəblərdən baş verir. Nə Rusiya ilə Azərbaycan arasındakı əlaqələrə mənfi təsir göstərir, nə də ölkə üçün hansısa problem yaradır. Bu baxımdan, dövlətlərarası münasibətlərə mənfi təsir göstərmir.

Nəzərə alsaq ki, “Şahdəniz” yatağı ciddi və rentabelli layihədir, qazın qiymətinin artması bu layihəni daha da rentabelli edib. Odur ki, “Lukoyl”un payının satılması digər iştirakçılar üçün ciddi problem yaratmır. Həmin payı ala bilərlər və investisiyanın özü də mənfəətli investisiyadır".

İqtisadçı qeyd edib ki, bu, layihənin gələcək fəaliyyətinə və davamlılığına da xələl gətirmir:"Bizim üçün də heç bir problem yoxdur. Hazırda layihədə iştirak edən şirkətlərin payın alınmasında üstünlük hüququ var. Yəqin ki, onlardan biri bu payı alacaq. Hansının investisiya planlarına uyğun gəlirsə, bazarda razılaşaraq satın alacaqlar”.



Xəbərin oxunma sayı : 580




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap