“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

“Azərbaycan ABŞ ilə əlaqələrin inkişafında maraqlıdır“ - İlham Əliyev

Tarix 22.11.26, 21:13

Font ölçüsü : - / +
bitmap-img6


Prezident İlham Əliyev 2026-cı ilin Azərbaycan-ABŞ münasibətləri baxımından tarixi əhəmiyyət kəsb etdiyini bildirib.

Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik naziri Markveyn Mullin ilə görüşü zamanı danışıb.

Dövlət başçısı ABŞ-nin vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana səfərinin və səfər çərçivəsində "Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası"nın imzalanmasının ikitərəfli münasibətlərin genişlənməsinə mühüm töhfə verdiyini qeyd edib.

İlham Əliyev Azərbaycan-ABŞ münasibətlərinin ən yüksək səviyyəyə çatmasında və regionda sülhün təmin olunmasında ABŞ Prezidenti Donald Trampın səylərini yüksək qiymətləndirib. O, Azərbaycanın da ABŞ ilə əlaqələrin inkişafında maraqlı olduğunu vurğulayıb.

2025-ci ilin avqustunda keçirilən Vaşinqton Sammitinə toxunan dövlət başçısı regionda yeni vəziyyətin yarandığını və artıq bir ildən çoxdur ki, sülh şəraitində yaşadığımızı bildirib.



Xəbərin oxunma sayı : 505




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap