“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir - Kimlər faydalanacaq?

Tarix 20.11.26, 20:04

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda icbari tibbi sığorta çərçivəsində vətəndaşların ambulator müalicə zamanı istifadə etdiyi dərman vasitələri ilə təminatının genişləndirilməsi məsələsi gündəmdədir. 2027-ci ildə arterial hipertenziyaya qarşı tətbiq olunan dərmanların da icbari tibbi sığorta hesabına verilməsi planlaşdırılır.

Belə bir yenilik dərman xərclərinin böyük hissəsini öz cibindən ödəyən vətəndaşlar üçün mühüm dəyişiklik ola bilər. Lakin hansı dərmanların sığorta təminatına daxil ediləcəyi, onların hansı qaydada əldə olunacağı və vətəndaşın əlavə ödəniş edib-etməyəcəyi suallar doğurur.

Bəs yeni mexanizm əhalinin dərman xərclərini nə dərəcədə azaldacaq və dərman təminatında hansı dəyişikliklərə səbəb olacaq?

Zülfüqar Yusifov: “Artıq 35-40 dərəcə istiliyin virusa öldürücü təsir  göstərmədiyini bilirik”

Bakı Ağrı Klinikasının baş həkimi Zülfüqar Yusifov mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: “İcbari tibbi sığorta getdikcə tibbin bütün sahələrini əhatə etməkdədir. Tibbi xidmətlərin sığorta hesabına qarşılanması dairəsi genişləndikcə insanların dərman təminatının da bu sistemə daxil edilməsi mühüm addımlardan biri olardı. İlkin mərhələdə daha çox həyati vacib dərmanların, eləcə də bir sıra xroniki xəstəliklər zamanı uzunmüddətli və ya ömür boyu qəbul edilməli olan preparatların siyahıya daxil edilməsi nəzərdə tutula bilər. Çünki xroniki xəstəlikləri olan insanların bir qismi üçün müəyyən dərmanları qəbul etmədən yaşamaq olduqca çətindir. Maddi səbəblərdən bu dərmanların davamlı və lazımi səviyyədə təmin olunmaması isə müalicənin gedişinə və ümumilikdə həyat keyfiyyətinə mənfi təsir göstərir.

Bu baxımdan ilk növbədə ürək-damar sistemi xəstəlikləri, şəkərli diabet, onkoloji və hematoloji problemləri olan insanların dərman təminatının icbari tibbi sığorta hesabına qarşılanmasını nəzərdə tutmaq olar. Bu kateqoriyadan olan xəstələrin dərman təminatının sığorta sisteminə daxil edilməsi ilkin addımlardan biri olmalıdır”.

Həkim qeyd edib ki, bu, mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulan genişmiqyaslı proqramdır: “Gələcəkdə əhalinin daha geniş təbəqəsini və müxtəlif xəstəliklərin müalicəsində istifadə olunan dərman preparatlarını əhatə etməsi məqsədəuyğundur.

İcbari tibbi sığorta fəaliyyətə başladığı ilk dövrlərdə də pilot layihələrlə tətbiq olunurdu. Bu gün isə sistem vasitəsilə kifayət qədər geniş spektrdə tibbi xidmətlər qarşılanır. Dərman təminatının da bu sistemə daxil edilməsi, düşünürəm ki, səhiyyə xidmətlərinə kompleks yanaşmanı təmin edəcək və daha mükəmməl tibbi xidmət modelinin formalaşmasına öz töhfəsini verəcək”.



Xəbərin oxunma sayı : 208




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap