“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Abşeron xəstəxanasında tibbi geyim mübahisəsi: TƏBİB məsələyə aydınlıq gətirdi

Tarix 19.11.26, 15:56

Font ölçüsü : - / +
bitmap-img6


Abşeron Rayon Mərkəzi Xəstəxanasının (RMX) Ümumi cərrahiyyə şöbəsində iş intizamı, tibbi geyim qaydalarına riayət olunması və rəhbərliyin nəzarət mexanizmləri ilə bağlı narazılıq yaranıb.

Bununla bağlı sosial şəbəkədə müraciət yayan vətəndaş xəstəxananın rəhbərliyinin və müvafiq struktur bölmələrinin fəaliyyətinin araşdırılmasını istəyib.

O müraciətində iddia edib ki, xəstəxananın Ümumi cərrahiyyə şöbəsində Oruc adlı ümumi cərrahı iş vaxtı mülki geyimdə görüb. Bu isə tibb müəssisəsində müəyyən edilmiş iş intizamı, tibbi geyim, sanitariya-gigiyena və infeksion təhlükəsizlik qaydalarına əməl olunması ilə bağlı suallar yaradıb.

Vətəndaş, həmçinin qeyd edib ki, Oruc həkim özü ona yaxınlaşaraq baş həkimin yanında gördüyü həkim olduğunu və qazi statusu daşıdığını bildirib.

Şikayətdə şöbədə çalışan əməkdaşların iş intizamına və tibbi geyim qaydalarına riayət etməsinə nəzarət edilmədiyi də vurğulanıb.

Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, Abşeron RMX-nin Ümumi cərrahiyyə şöbəsinin fəaliyyəti ilə bağlı daxil olmuş müraciətə müvafiq qaydada baxılıb.

Aparılmış araşdırma zamanı müəyyən edilib ki, ümumi cərrah Oruc Şəfiyevlə qarşılaşma onun işə yeni gəldiyi və tibbi geyimini dəyişməzdən əvvəlki vaxtda baş verib. Bu səbəbdən sözügedən halın əmək intizamının və tibbi geyim qaydalarının pozulması kimi qiymətləndirilməsi üçün əsas müəyyən edilməyib. Eyni zamanda, həkimin iş fəaliyyəti, o cümlədən müayinə və əməliyyatlar zamanı müvafiq tibbi geyimdən istifadə etdiyi təsdiqlənib.

Müraciətdə əksini tapan digər məsələlər də araşdırılıb, əmək intizamı, sanitariya-gigiyena və infeksion təhlükəsizlik tələblərinin pozulması halları aşkar edilməyib.

Bununla yanaşı, tibbi geyim qaydalarına riayət olunmasına nəzarətin daha da gücləndirilməsi məqsədilə xəstəxana rəhbərliyinə müvafiq tövsiyələr verilib.



Xəbərin oxunma sayı : 460




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap