“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Məktəblərdə adambaşına maliyyələşmə başlayır - Nazir AÇIQLADI

Tarix 06.11.26, 14:40

Font ölçüsü : - / +
bitmap-img6


Gələn ildən məktəblərimiz adambaşına maliyyələşmə mexanizminə keçməyə başlayacaq.

AzFakt.com xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin bu gün keçirilən birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, bu, kifayət qədər uğurlu mexanizmdir: 

“Təhsil xərclərinin tərkibində ümumi təhsil üzrə xərclərin azalmasının səbəbi adambaşına maliyyələşmə mexanizminə keçidlə bağlıdır. Biz artıq bir neçə ildir ki, ali təhsildə adambaşına maliyyələşmə mexanizmini uğurla tətbiq edirik. Yəni vəsait ali təhsil müəssisələrinin saxlanma xərclərinə görə deyil, hər bir tələbəyə görə ödənilir. Bu mexanizmin uğurunu nəzərə alaraq hökumət tərəfindən qərar qəbul edilib ki, tədricən, addım-addım ümumi təhsildə də bu mexanizmin tətbiqinə başlanılsın. Ona görə də cari ildə müəyyən sayda məktəbimiz, gələn ildən isə daha geniş miqyasda məktəblərimizin bir qismi adambaşına maliyyələşmə mexanizminə keçirilir. Büdcədən istifadədə adambaşına maliyyələşmə üzrə xərclər təhsil bölməsində deyil, digər adambaşına maliyyələşmə bölməsində əks olunur. Ona görə də heç bir azalma yoxdur.

Adambaşına maliyyələşmə kifayət qədər uğurlu mexanizmdir və bundan sonra ümumi təhsil sahəsində də bu mexanizmi mərhələli şəkildə tətbiq edəcəyik. İlkin təhsil pillələrində, eləcə də məktəbəqədər təhsildə adambaşına maliyyələşmə mexanizmindən istifadəni artıracaq və genişləndirəcəyik. Təhsil sahəsinə daimi dəstək hökumətin diqqət mərkəzində olacaq. Tədricən ümumi və məktəbəqədər təhsildə də adambaşına maliyyələşməyə keçəcək və bu mexanizmi genişləndirəcəyik”.




Xəbərin oxunma sayı : 466




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap