“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Pensiya, iş və hərbi xidmətdən möhlət vəd edib 82 min manat alan qadına hökm oxundu - VİDEO

Tarix 02.11.26, 13:14

Font ölçüsü : - / +
bitmap-img6


Bir neçə nəfəri pensiya düzəltdirmək, işə yerləşdirmək və hərbi xidmətdən saxlatdırmaq vədləri ilə aldadaraq pul alan qadına hökm oxunub.

Qaynarinfo-nun məlumatına görə, 1973-cü il təvəllüdlü, Gürcüstanın Qardabani rayonunda anadan olmuş Çimnaz Feyzullayeva qabaqcadan əlbir olduğu şəxslə birlikdə dələduzluqda təqsirli bilinib.

Məhkəmə araşdırması zamanı məlum olub ki, Çimnaz Feyzullayeva bir qadının anasına əlillik pensiyası düzəldəcəyini vəd edərək ondan 6 min manat alıb. Daha iki nəfərin həyat yoldaşlarını xəstəxanada tibb bacısı kimi işə düzəltmək adı ilə hərəsindən 2500 manat alıb. O, bu işləri həll edə biləcəyini deyərək zərərçəkmişlərə özünü TƏBİB-in vəzifəli əməkdaşı kimi təqdim edib.

Digər zərərçəkmişdən isə göz xəstəliyinə görə pensiya düzəldəcəyini vəd edərək 5 min manat alıb.

Qadının ən böyük dələduzluq epizodu isə tanışlarından biri ilə bağlı olub. O, həmin şəxsin dostunu hərbi xidmətdən saxlatdırmaq, Şəmkir rayonunda tikinti işləri aparmaq üçün icazə almaq, eləcə də bacısını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işə düzəltmək vəd edib. Bu məqsədlə ümumilikdə 66 min manat pul alıb.

Beləliklə, məhkəmənin araşdırdığı epizodlar üzrə zərərçəkmişlərə vurulan ziyanın ümumi məbləği 82 min manata çatıb.

İttihama görə, Çimnaz Feyzullayeva aldığı pulları Tural adlı tanışına verdiyini bildirib. O, həmin şəxsin vədlərinə əməl etmədiyini və pulları qaytarmadığını söyləyib. Qadın ittiham üzrə özünü qismən təqsirli bilib.

Məhkəmə prosesində zərərçəkmişlərdən dördü onunla barışdığını, dəymiş ziyanın ödənildiyini, şikayət və tələblərinin olmadığını bildirib. Digər zərərçəkmişə dəymiş ziyanın bir hissəsinin ödənildiyi, qalan məbləğin isə altı ay ərzində qaytarılacağına dair öhdəlik verildiyi qeyd olunub.

Məhkəmə Çimnaz Feyzullayevaya Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edib. İstintaq dövründə 3 ay 8 gün həbsdə və ev dustaqlığında saxlanıldığı müddət nəzərə alınaraq, onun üzərində qəti olaraq 2 il 5 ay 14 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

O, saat 23:00-dan səhər 06:00-dək yaşayış yerini tərk edə bilməz. Həmçinin elektron nəzarət vasitəsi gəzdirməli, Sumqayıt şəhəri və Abşeron rayonunun hüdudlarını tərk etməməli, məhkəmənin qərarı olmadan yaşayış yerini dəyişdirməməlidir.



Xəbərin oxunma sayı : 454




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap