“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Azərbaycanda orta aylıq əməkhaqqı 7,2 faiz artıb - RƏSMİ

Tarix 12.10.26, 12:37

Font ölçüsü : - / +
bitmap-img6


2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,2 faiz artaraq 1173 manat təşkil edib.

Dövlət Statistika Komitəsindən verilən məlumatına görə, sentyabrın 1-i vəziyyətinə ölkədə muzdla çalışan işçilərin sayı 1 milyon 776,8 min nəfər olub. Onlardan 834,2 min nəfəri dövlət, 942,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla çalışanların ən böyük hissəsi - 18,9 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində məşğul olub. İşçilərin 17,5 faizi təhsil, 13,9 faizi sənaye, 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,8 faizi tikinti sahəsində çalışıb.

Bundan başqa, muzdla çalışanların 6,2 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 4,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,9 faizi peşə, elmi və texniki fəaliyyət, 2,5 faizi maliyyə və sığorta fəaliyyəti sahələrində işləyib.

İşçilərin 2,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda, 15 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olub.



Xəbərin oxunma sayı : 157




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap