“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Maşınla piyadanı vurub qaçdı, “əcəb etmişəm” dedi - Şəhid atası həbs olundu

Tarix 03.10.26, 17:53

Font ölçüsü : - / +
bitmap-img6


Masallı rayonu Çaxırlı kəndi ərazisində avtomobil tərəfindən vurulması nəticəsində həyatını itirən Abasov Həsənalı Abdulməcid oğlunun ölümü ilə bağlı məhkəmə prosesi başa çatıb.

AzFakt.com Xitab24.az-a istinadla bildirir ki, hakim qarşısına rayonun Kəlbəhüseynli kənd sakini, 1979-cu il təvəllüdlü Zahid İbrahimov çıxarılıb.

Məlum olub ki, şəhid atası olan Z.İbrahimov Abasov Həsənalını vurduğu  “VAZ 2106” markalı avtomobili alkoqollu içkinin və narkotik vasitənin qəbulu nəticəsində sərxoş halda idarə edib. Bundan başqa, onun sürücülük hüququ olmadığı da üzə çıxıb.

Məhkəmə zamanı o da bəlli olub ki, təqsirləndirilən şəxs hadisəni tötərdikdən sonra ərazidən uzaqlaşıb.

Təqsirləndirilən şəxs məhkəmədə ifadəsində hadisədən dərhal sonra polisə və təcili tibbi yardım xidmətinə məlumat verdiyini bildirsə də, bu, sübuta yetirilməyib.

Maraqlıdır ki, Zahid İbrahimov həbs edilməkdən qorxmadığını, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı düzgün hərəkət etmədiyini və piyadanı vurub qaçdığına görə “əcəb etdiyini” bildirərək, barəsində təyin ediləcək cəzanı məhkəmənin mülahizəsinə buraxdığını bildirib.

Zərərçəkmişin hüquqi varisi də Z.İbrahimova ən ağır cəzanın verilməsini məhkəmədən xahiş edib. O, təqsirləndirilən şəxslə barışmadığını bildirib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsində Ayşən Vəliyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hökmə əsasən, Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə təqsirləndirilən Z.İbrahimov 6 il müddətinə azadlıqdan məhrum edilib. Bundan başqa, vurulmuş mənəvi və maddi ziyanın əvəzi olaraq, Z.İbrahimov Həsənalı Abasovun hüququ varisinə 15000 manat ödəməlidir.



Xəbərin oxunma sayı : 388




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap