“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Neft ixracı üçün əlimizdə boğazlardan kənar marşrutlar da var – Aramco rəhbəri

Tarix 25.09.26, 11:12

Font ölçüsü : - / +
bitmap-img6


Hörmüz və Bab əl-Məndəb boğazlarından ixrac davam etsə də, İran ətrafında vəziyyətin gərginləşməsi fonunda Saudi Aramco yeni neft tədarükü marşrutları üzərində işləyir.

Bu barədə şirkətin baş direktoru Amin Nasser "Nikkei" qəzetinə verdiyi müsahibədə danışıb. O, Trans-Ərəbistan Boru Kəmərindəki fasilələrin müvəqqəti olduğunu qeyd edib: "İnsanlar Hörmüz boğazı və Bab əl-Məndəbin bağlandığını düşünürlər, amma biz dayanmamışıq. Müştərilərimizə tədarük etməyə davam edəcəyik".

Nasser qeyd edib ki, şirkətin həmçinin Misir üzərindən Qırmızı dənizdən Aralıq dənizinə daşınma təmin edən üçüncü marşrut kimi Sumed vasitəsilə ixrac seçim var: "Biz həmçinin dördüncü və beşinci marşrutların açılmasını da nəzərdən keçiririk".

Trans-Ərəbistan boru kəmərindəki fasilələrə gəldikdə, o, qeyd edib ki, onlar "adətən həftələr deyil, cəmi bir neçə gün davam edir": "İnsanlar boru kəmərini tək bir xətt kimi düşünürlər, amma əslində bu, çoxxətli bir sistemdir. Bütün xətləri birdən dayandırmaq asan deyil".

Ümumilikdə neft bazarındakı vəziyyət barədə danışarkən, o, bildirib ki, bəzi ölkələrin ehtiyatların buraxılması, eləcə də Çinin idxal həcmlərini tənzimləyə bilən "tənzimləyici istehlakçı" kimi rolu faydalı rol oynayıb: "Lakin bu, yalnız müvəqqətidir. Bu böhranla bağlı vəziyyət əslində yaxşılaşmır".



Xəbərin oxunma sayı : 409




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap