“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Beyləqanda əmək yarmarkası keçirildi - FOTOLAR

Tarix 25.09.26, 10:06

Font ölçüsü : - / +
bitmap-img6


Beyləqan Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Mil-Muğan Regional Məşğulluq filialı tərəfindən işsiz və işaxtaran şəxslərin məşğulluq imkanlarının artırılması məqsədilə əmək yarmarkası keçirilib.

AzFakt.com xəbər verir ki, Beyləqan Rayon Gənclər Evində təşkil olunan əmək yarmarkasında Beyləqan RİH başçısı Əziz Əzizov aidiyyəti şəxslərlə birgə iştirak edərək təqdim olunan vakansiyalarla tanış olub, işəgötürənlərlə və yarmarkaya müraciət edən vətəndaşlarla görüşüb.

Yarmarkanın təşkili, işaxtaran şəxslərin mövcud vakansiyalar barədə məlumatlandırılması və onların uyğun iş yerlərinə yönləndirilməsi ilə bağlı məsələlər diqqətdə saxlanılıb.

Yarmarka açıq elan olunmazdan əvvəl Beyləqan Rayon İcra Hakimiyyəti başçısının müavini, Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Yeganə Məmmədova çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu sosial siyasətdə əhalinin rifahının yüksəldilməsinə və vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət yetirildiyini bildirib.

O, məşğulluğun artırılması istiqamətində həyata keçirilən tədbirlərin vətəndaşların əmək bazarında fəal iştirakına yaratdığı imkanlardan danışıb.

Mil-Muğan Regional Məşğulluq filialının müdiri vəzifəsini müvəqqəti icra edən Elşən Xəlilov çıxışında əmək yarmarkasının məqsədi, təqdim olunan vakansiyalar və işaxtaran şəxslərin məşğulluğunun təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. Bildirilib ki, bu cür tədbirlər işəgötürənlərlə işaxtaran şəxslərin birbaşa əlaqələndirilməsinə, mövcud vakansiyalar barədə məlumatlılığın artırılmasına və uyğun namizədlərin işlə təmin olunmasına imkan yaradır.

Qeyd edək ki, əmək yarmarkasında 20-yə yaxın müəssisə tərəfindən müxtəlif sahələr üzrə 100-dən çox vakansiya təqdim olunub. Yarmarkada təqdim olunan vakansiyalar işaxtaran şəxslər tərəfindən nəzərdən keçirilib, onlara əməkhaqqı, iş şəraiti və əmək öhdəlikləri barədə məlumat verilib, müraciətlər qəbul olunub və uyğun namizədlərin qeydiyyatı aparılıb. Həmçinin vətəndaşlara aktiv məşğulluq tədbirləri və müraciət qaydaları barədə ətraflı məlumat verilib.






Xəbərin oxunma sayı : 436




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap