“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

“İran onlara görə müharibəni uzatmağa çalışır“ - Tramp

Tarix 11.09.26, 9:32

Font ölçüsü : - / +
bitmap-img6


İran Demokratların hakimiyyətə qayıtması ümidi ilə ABŞ-la münaqişəni uzatmağa çalışır, çünki onlar Tehranın nüvə silahı əldə etməsinə faktiki olaraq icazə verəcəklər.

Musavat.com xəbər verir ki, bu iddianı ABŞ prezidenti Donald Tramp Fox News-a verdiyi müsahibədə irəli sürüb:

"Onlar məndən yaxa qurtarmaq üçün əllərindən gələni etməyə çalışırlar, çünki düşünürlər ki, Demokratlar onlara nüvə silahı əldə etməyə faktiki olaraq icazə verəcəklər. Onların nüvə silahı olmayacaq".

Ağ Ev rəhbəri həmçinin əvvəlki fəaliyyəti olmasaydı, Tehranın artıq nüvə silahına malik olacağını deyib. O, İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planından (BHFP) çıxmaq qərarını təkrarlayıb: "Mən indiyə qədər gördüyüm ən pis razılaşmanı, Obamanın nüvə razılaşmasını ləğv etdim. Necə də dəhşətli bir razılaşmadır. Bu, nüvə silahına aparan yol idi".

ABŞ prezidenti İrana qarşı hərbi əməliyyata başlamaq qərarından peşman olmadığını bildirib. "Xeyr", o, peşman olub-olmadığı soruşulduqda cavab verib: "Mən `peşmançılıq` sözünə inanmıram. Əgər bunu yenidən etməli olsaydım, mən yenə də eyni şeyi edərdim".

Tramp İrana qarşı ABŞ Konqresinin noyabr ayında keçiriləcək ara seçkiləri səbəbindən tam gücü ilə müharibə aparmadığını iddia edib: "Bəlkə də mən bunu seçkilərə görə etmirəm. Bilirsən? Hər şeyin indiki kimi qalmasını istəyirəm..."



Xəbərin oxunma sayı : 322




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap