“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Putin müharibəni yalnız bu şərtlə dayandıracağını açıqlayıb - Bloomberg

Tarix 06.09.26, 19:17

Font ölçüsü : - / +
bitmap-img6


Vladimir Putin müharibəni dayandırmaq üçün sərt şərtlər irəli sürür.

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiven Uitkoff və Cared Kuşnerin Moskvaya əvvəlki səfərləri ciddi nəticə verməyib.

Bloomberg yazır ki, onların Rusiya Prezidenti Vladimir Putinlə son görüşündə də Kreml Ukraynada qarşıya qoyduğu hərbi məqsədlərdən imtina edəcəyinə dair heç bir siqnal verməyib.

Agentliyin Kremlin ətrafındakı mənbələrinə görə, Putin müharibəni yalnız öz şərtləri əsasında dayandırmağa hazırdır. Bildirilir ki, Moskvanın tələbləri getdikcə sərtləşir və Rusiya tərəfi Ukraynaya qarşı hərbi üstünlüyə malik olduğuna inanır.

Bloomberg Uitkoff və Kuşnerin səfərinin mümkün nəticələri ilə bağlı analitiklərin fikirlərinə də yer verib.

RAND Corporation-ın baş politoloqu Samuel Çarap səfərin vaxtında həyata keçirildiyini bildirib. Onun sözlərinə görə, hazırda qarşıdurmanın gərginliyi sürətlə artır və tərəflər özbaşına buraxılarsa, qarşılıqlı tələblər və risklər daha da yüksələ bilər.

Avropalı diplomat isə ABŞ nümayəndələrinin səfərlərinin ardıcıllığını şübhə altına alıb. Onun fikrincə, Uitkoff və Kuşnerin əvvəlcə Moskvaya, daha sonra Kiyevə səfər etməsi mübahisəlidir.

ABŞ-dakı Aİ səfiri Yovita Nelyupşene bildirib ki, diplomatiya işləyir və ilk növbədə müttəfiqlərlə ünsiyyətə üstünlük verilməlidir.

Diplomatın sözlərinə görə, Moskva hərbi məqsədlərindən geri çəkilməyib.

"Biz avropalılar üçün əsas prioritet dəyişməz olaraq qalır: Ukraynanın özünü müdafiəsi üçün ehtiyac duyduğu bütün vasitələrlə təmin edilməsi”, – deyə Nelyupşene vurğulayıb.



Xəbərin oxunma sayı : 475




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap