“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Avropanın ən bahalı və ən ucuz aviaşirkətləri açıqlanıb - Siyahı

Tarix 21.08.26, 11:56

Font ölçüsü : - / +
bitmap-img6


Avropada fəaliyyət göstərən 23 aviaşirkətin RASK (Mövcud Oturacaq Kilometrinə Gəlir) göstəricisi açıqlanıb.

Yeniavaz.com “AirAdvisor”a istinadən xəbər verir ki, Avropanın ən bahalı aviaşirkəti “Wideroe” olub.

Norveçin regional aviaşirkətinin RASK göstəricisi 0,32 avro təşkil edib.
Məlumat üçün bildirək ki, RASK-a görə, uçuş məsafəsi və mövcud oturacaqlar nəzərə alınmaqla, müəyyən bir aviaşirkətlə səyahət edərkən bir sərnişinin orta hesabla nə qədər pul ödədiyini təxmin etmək mümkündür. Nəticədə, göstərici bilet qiymətinə əlavə olaraq baqaj və yer seçimi haqları kimi əlavə xərcləri də əhatə edir. Yəni, RASK nə qədər yüksəkdirsə, aviaşirkət bir o qədər bahalı hesab olunur.
Araşdırmaya əsasən, Avropanın böyük aviaşirkətləri arasında isə ən yüksək göstərici “British Airways”də qeydə alınıb – 0,0888 avro. Bu, 2024-cü illə müqayisədə 0,0038 avro artım deməkdir. “Air France” və “Austrian Airlines” isə hərəyə 0,085 avro RASK göstəricisi ilə növbəti yerləri bölüşüb.
Reytinqin əks tərəfində isə “Wizz Air” yer alıb. Şirkətin RASK göstəricisi 0,0433 avro təşkil edib və bu, onu araşdırmaya daxil edilən aviaşirkətlər arasında ən ucuz şirkət edib.
“EasyJet” 0,0521 avro ilə ikinci, “Ryanair” isə 0,0556 avro ilə üçüncü ən ucuz aviaşirkət olub.
“AirAdvisor” qeyd edir ki, RASK göstəricisi 2024-2025-ci illər arasında əksər Avropa aviaşirkətlərində azalıb. İllik məlumatları mövcud olan 14 şirkətdən yalnız 5-də göstərici artıb, 9 aviaşirkətdə isə azalma qeydə alınıb.
Avropanın aviaşirkətlərinin RASK reytinqi aşağıdakı kimi olub:
“Wideroe” – 0,32 avro
“British Airways” – 0,0888 avro
“Air France” – 0,0850 avro
“Austrian Airlines” – 0,0850 avro
“Lufthansa” – 0,0845 avro
“Aegean Airlines” – 0,0839 avro
KLM – 0,0837 avro
“ITA Airways” – 0,0836 avro
SWISS – 0,0830 avro
“Aer Lingus – 0,0807 avro
“Brussels Airlines” – 0,0797 avro
“Eurowings” – 0,0782 avro
SAS – 0,0758 avro
“Vueling” – 0,0790 avro
Türk Hava Yolları – 0,0729 avro
“Iberia” – 0,0708 avro
“TAP Air Portugal” – 0,0696 avro
“Norwegian” – 0,0680 avro
“Transavia” – 0,0664 avro
“Finnair” – 0,0622 avro
“Ryanair – 0,0556 avro
“EasyJet” – 0,0521 avro
“Wizz Air” – 0,0433 avro



Xəbərin oxunma sayı : 337




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap