“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

“Deputat dedi ki, o işlərə baxan çox həyasızdır” - VİDEO

Tarix 16.08.26, 10:50

Font ölçüsü : - / +
bitmap-img6


Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bilal Niftəliyev küçəsinin sakinləri içməli su problemindən əziyyət çəkirlər.

AzFakt.com “Baku TV”yə istinadən xəbər verir ki, əraziyə artıq 10 gündür ki, su verilmir.

Sakinlərdən biri uzun müddətdir eyni çətinliklə üzləşdiklərini bildirib:

“Artıq 3-4 ildir ki, yay mövsümündə yalnız gecələr su gəlir. Mən 4-cü mərtəbədə yaşayıram, su qablarını doldurmaq üçün gecə saatlarında oyanmalı oluruq. İndi isə artıq 10 gündür ki, ümumiyyətlə, su yoxdur. Evdə 1-ci qrup əlil xəstə var, onun gündəlik qulluğu üçün su lazımdır. Suyun dərdindən belə qalmışıq. Aidiyyəti qurumlara müraciət etsək də, problem həllini tapmır. “Qaynar xətt”i yığanda da deyirlər ki, bizdə su problemi var. Qışda problem olmasa da, yayda suyumuz kəsilir”.
Ətraflı

Digər bir sakin isə susuzluq səbəbindən gündəlik məişət ehtiyaclarını belə ödəyə bilmədiklərini vurğulayıb: “Şəkər xəstəsi, II qrup əliləm. İllərdir gecə saat 3-dən 6-dək damcı ilə gələn suyu yığmağa çalışıram. Evdə 3 yaşında körpə var, lakin təmiz su tapmadığımız üçün hətta yemək bişirməyə qab yoxdur. Susuzluğun əlindən şəhərə gedirik. Vəziyyətimiz acınacaqlıdır. Hara zəng vururuq, üzümüzə “odboy” verirlər”.

Problemin hər il təkrarlandığını qeyd edən başqa bir sakin isə müraciətlərinin nəticəsiz qaldığını söyləyib: “Mən 5 ilə yaxındır burada yaşayıram və hər yay eyni problem təkrarlanır. Keçən yay bu məsələ ilə bağlı deputatlardan birinə zəng etdim, onun cavabı isə bu oldu ki, burada su işlərinə baxan adam həyasızdır, ona söz demək olmur. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə isə ümumiyyətlə, düşmək mümkün deyil”.

Daha ətraflı “Baku TV”nin reportajında:





Xəbərin oxunma sayı : 481




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap