“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi gizli əməliyyat qrupu yaradıb - Kuba üzrə

Tarix 06.08.26, 9:16

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Kuba istiqamətində fəaliyyət göstərmək üçün gizli əməliyyat qrupu yaradıb.

"Report" xəbər verir ki, bu barədə The New York Times mənbələrinə istinadən məlumat yayıb.

Qrupa kəşfiyyat məlumatlarının təhlili, casusların cəlb edilməsi, kiberəməliyyatlar və gizli təzyiq tədbirləri üzrə ixtisaslaşmış əməkdaşlar daxildir.

Nəşr qeyd edir ki, Kuba üzrə ayrıca qrupun yaradılması MKİ-yə bu istiqamətə daha çox maliyyə, texniki imkan və insan resursları yönəltməyə şərait yaradacaq.

Məlumata əsasən, MKİ qrupun fəaliyyətindən Kuba siyasi elitasında parçalanma yaratmaq üçün istifadə etməyi gözləyir. Vaşinqtonun məqsədinin ABŞ-la münasibətlərdə sərt xətt tərəfdarlarını daha çox amerikalı prezident Donald Trampın tələblərini nəzərə almağa hazır olan liderlərlə əvəzləmək olduğu bildirilir.

Kuba xarici işlər nazirinin müavini Karlos Fernandes de Kossio qəzetə açıqlamasında bildirib ki, ABŞ kəşfiyyatının Kuba ilə bağlı bu cür fəaliyyətləri yeni deyil. "Bu niyyətlərdə təəccüblü heç nə yoxdur, çünki Kuba uzun müddətdir MKİ-nin casusluq, təxribat və vəziyyəti sabitsizləşdirməyə yönəlmiş səylərinin hədəfi olub", - deyə o bildirib.

Bundan əvvəl Politico qəzeti də Vaşinqtonun son aylarda Kuba üzrə kəşfiyyat imkanlarını artırdığını yazmışdı. Nəşrin mənbələrindən biri ABŞ administrasiyasının Kuba rəhbərliyindən istədiyi addımları əldə etmək üçün xüsusi xidmət orqanlarının imkanları da daxil olmaqla bütün vasitələrdən istifadə etməyə hazır olduğunu bildirib.



Xəbərin oxunma sayı : 484




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap